Accessibility links

Türkiyə ordusunun bildirdiyinə görə, İraq və İran sərhədləri yaxınlığındakı Həkkari vilyaətində 27 kürd yaraqlısı öldürülüb.

Ordunun bəyanataında deyilir ki, hava hücumları zamanı 20 PKK yaraqlısı Şemdinli vilayətində, digər 7 yaraqlı isə həmin bölgənin cənub-şərq hissəsində öldürülüb.

Türkiyənin təyyarələri bu gün İraqın şimal Qara bölgəsi və Diyarbəkirdə PKK-nın mövqelərini hədəf alıb.

Türkiyə hökuməti ilə PKK arasında əldə edilən atəşkəs 2 il yarım sonra pozulub.

PKK bu ölkə və onun qərb müttəfiqləri tərəfindən terrorçu təşkilat kimi tanınır.

XS
SM
MD
LG