Accessibility links

Kürd təşkilatları Türkiyə ilə atəşkəsə son qoyub [Təhlil]


Kürd təşkilatları şəbəkəsinə daxil olan Kürdüstan İşçi Partiyası – PKK Ankara ilə atəşkəsə dair 3 ildir sürən razılığın sona çatdığını elan edib. Bu addım Türkiyə kürdləri ilə uzanmış barışıq prosesinə böyük zərbə kimi qiymətləndirilir.

PKK ilə əlaqəsi olan Kürd İcmaları Şurası –KCK 2012-ci ildə əldə olunan razılığa son qoyduğunu birinci elan edib və ölkənin cənub şərqindəki bütün "xəndəkləri" hədəf alacağını bildirib. KCK verdiyi bəyanatda bildirib ki, Türkiyənin hərbi məqsədlərlə kazarma, xəndək və yollar tikməsi atəşkəsin pozulması deməkdir.

Bəyənatda deyilir ki, "Türkiyə dövləti atəşkəsdən demokratik siyasi həll yolu tapmaq deyil, hərbi postlar, yollar və xəndəklər quraraq müharibəyə hazırlıq üçün istifadə edib." Bəyanat ilkin olaraq PKK ilə əlaqəsi olan və qərargahı Amsterdamda yerləşən Fırat xəbər agentliyinə ötürülüb.

PKK 1984-cü ildən üsyana başlayıb və 30 ildə təşkilat öz məqsədindən geri çəkilməyib. PKK-nin həbsdə olan lideri Abdullah Öcalan münaqişənin həlli ilə bağlı danışıqlar aparıb. Lakin son zamanlar tərəflər daha sərt mövqedən çıxış etdiyi üçün proses durğunluq mərhələsindədir. PKK-nin bəzi yüksək səviyyəli rəsmiləri proseslə bağlı şübhələrini ifadə edib, bəzi PKK döyüşçüləri isə Amerikanın Səsinə bildirib ki, onlar artıq Öcalanın sülh strateqiyasına inanmır.

Hökumət tərəfdən də mövqedə sərtləşmə müşahidə edilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mart ayındaçıxışı zamanı Kürd problemin mövcud olduğunu fikrini ümumiyyətlə rədd edib. O, Kürdlərin ölkənin digər vətəndaşları kimi bərabər hüquqlardan yararlandıqlarını bildirib.

Ölkə müxalifəti prezidentin bu açıqlamalarını iyun ayında parlament seçkiləri ilə əlaqələndirib. Prezidentin mənsub olduğu AKP partiyasının çoxluğu itirməsindən sonra koalisiya üzrə tərəfdaşlarla danışıqlar aparmalıdır. Ədalət və İnkişaf Partiyası-AKP-nin sülh prosesinin başa çatmasını dəstəkləyən Milli Hərəkət Partiyası ilə koalisiya hökuməti quracağı ehtimal edilir.

PKK rəhbərliyinin Kürd İcmaları Şurasının yayımladığı bəyanatı rəsmi olaraq dəstəkləyib-dəstəkləməyəcəyi məlum deyil. PKK-nın özünün nəyə görə rəsmi bəyanatla çıxış etmədiyi də aydın deyil.

Ölkənin cənub-şərqində Türkiyə hərbi qüvvələri ilə PKK arasında qarşıdurmanın artdığı müşahidə edilir. Hər iki tərəf bir-birini münaqişəni qızışdırmaqla günahlandırır.

1984-cü ildən bu yana PKK ilə qarşıdurmalar nəticəsində 40 minə yaxın insan həlak olub. PKK Birləşmiş Ştatlar və Avropa Şurası da daxil olmaqla, bəzi beynəlxalq ictimaiyyət tərəfindən terrorçu təşkilat olaraq qeydə alınıb.

Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib ki, xəndəklərin və yolların tikintisi davam edəcək. O, PKK-nı öz döyüşçülərini Türkiyə ərazisindən çıxarmaq haqda verdiyi sözü yerinə yetirməməkdə günahlandırır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG