Accessibility links

Barselonadan Düsseldorfa uçan təyyarə qəzaya uğrayıb [Fotoqalereya]


Fransa prezidenti Fransua Olland kədər hissi ilə bildirib ki, Fransanın Alp regionunda qəzaya uğrayan Airbus A320 təyyarəsində sağ qalanların olması güman edilmir.

Germanwings-ə məxsus, İspaniyanın Barselona şəhərindən Almaniyanın Düsseldorf şəhərinə uçarkən qəzaya uğrayan 9525 nömrəli reyslə uçan təyyarənin tərkibində ekipaj üzvləri də daxil edilməklə, 148 nəfər olub.

Təyyarə radardan itməzdən əvvəl distress siqnalları göndərib.

Rəsmilər təyyarənin qalıqlarının vertolyotlar tərəfindən Fransanın cənub-şərq bölgəsində aşkar edildiyini, lakin axtarışların çətin olacağını bildirib.

Germanwings Almaniyanın Lufthansa Hava Yolları şirkətinin nəzdində çalışır.

Cənab Olland təyyarədə ölənlərin çoxunun Almaniya vətəndaşları olduğunu deyib.

XS
SM
MD
LG