Accessibility links

Hava limanlarında ciddi təhlükəsizlik tədbirləri tətbiq ediləcək


ABŞ rəsmiləri deyib ki, təhlükəsizlik tədbirlərinin bir hissəsi olaraq xarici hava limanlarından Birləşmiş Ştatlara səyahət edən sərnişinlərdən mobil telefon, kompyuter və digər elektron cihazlarını işə salmaları tələb ediləcək.

Qısa bəyanatda ABŞ Nəqliyyat Təhlükəsizliyi Administrasiyası bildirib ki, üzərilərində söndürülmüş cihazlar olan sərnişinlər təyyarəyə buraxılmayacaqlar və təhlükəsizlik qaydalarına riayət etməyən sərnişinlərin üzərində əlavə axtarışlar aparılacaq.

Bəyanatda əlavə axtarışlar barədə təfsilat verilməyib və ciddi təhlükəsizlik tədbirlərinin hansı hava limanlarında tətbiq ediləcəyi barədə bir söz deyilmir.

Ötən həftə daxili təhlükəsizlik naziri Cey Conson tədbirin ABŞ-a birbaşa uçuşlar həyata keçirən hava limanlarında tətbiq edilməsinə göstəriş vermişdi.

Qərar Avropa və Yaxın Şərqdən ABŞ-a səyahət edən insanların daha ciddi təhlükəsizlik prosedurlarından keçdiyi vaxta təsadüf edir.

XS
SM
MD
LG