Accessibility links

Dünyada istehsal olunan plastik materialların 3 faizə qədəri okeana tullanılır (video)

  • Amerikanın səsi

Dünyada istehsal olunan plastik materialların 3 faizə qədəri okeana tullanılır (video)

Dünyada istehsal olunan plastik materialların 3 faizə qədəri okeana tullanılır (video)

Bir zamanlar planetimizin okeanları təmiz və gözəl idi. Təssüf ki, bu, artıq belə deyil. Kapitan Çarlis Mur hazırkı dövrümüzü plastik dövr adlandırır.

Çarlis Mur: “Hər il dünyada 250, 300 milyon ton plastik istehsal olunur. Bu, o deməkdir ki, hər iki il istehsal olan plastik materialların sayı Yer Kürəsində 7 milyard insan ağırlığındadır.”

Dünyada istehsal olunan plastik materialların 3 faizə qədəri okeana tullanılır (video)

Dünyada istehsal olunan plastik materialların 3 faizə qədəri okeana tullanılır (video)

“Plastik Okean” adlı yeni kitabında Mur yazır ki, plastiklərin 5 faizdən azı yenidən emal edilir və dünyada istehsal olunan plastikin 3 faizə qədəri okeana tullanılır. Hər ili bu tullantılar dənizdə milyonlarla canlının həyatına son qoyur.

Çarlis Mur: “Hər il 100 000 albatros quşu plastiklərlə qidalanmadan həlak olur. Bizdə olan dəlillərə görə hər il təxminən 100 000 dəniz heyvanı plastik tullantılara dolaşaraq həlak olur.”

Mur ömrünü okeanda keçirib və okeanın dəyişməsinin şahidi olub. Öz kitabında o, 1997-ci ildə etdiyi səyahətdən söhbət açır. O zaman Mur sonsuz spiral fomrasında üzən tonlarla plastik aşkar etmişdi. İndi həmin ərazi böyük Sakit Okean zibilxanası adlandırılır.

Dünyada istehsal olunan plastik materialların 3 faizə qədəri okeana tullanılır (video)

Dünyada istehsal olunan plastik materialların 3 faizə qədəri okeana tullanılır (video)

Mur Alqalita Okean təhqiqat fondu yaradıb və dünya okeanlarından nümunələr toplamağa başlayıb. O, plastik tullantıların okeanlara çaylar, çimərliklər və gəmilərdən gəldiyini deyir. Mur deyir ki, gəmilər beynəlxalq razılıqlara məhəl qoymayaraq sintetik kimyəvi maddələr, nüvə tullantıları və zərərvericilər kimi tullantıları okeana boşaldırlar. Mur yaşadığı mühitin korlanmasından narazıdır. Ekologiyanın çirklənməsi üzrə mütəxəssis onunla bərabər Havay çimərliyindən qum kisəsi daşıyır. O, kisədəki qumun tərkibini analiz etdikdən sonra qumun tərkibində 90 faiz plastik materialların olduğunu müəyyən edir.

Dünyada istehsal olunan plastik materialların 3 faizə qədəri okeana tullanılır (video)

Dünyada istehsal olunan plastik materialların 3 faizə qədəri okeana tullanılır (video)

Kapitan Mur kinorejissor Mill Makdonaldla okeandan yığılan plastik tullantılar haqda dokumental film çəkilişləri üzərində işləyir.

“Plastik Okean” adlı kitabında Kapitan Çarlis Mur plastik çirklənmənin planetə iqlim dəyişikliyindən daha çox zərər vurduğunu yazır və həyatın başlandığı okeanı gələcək nəsillər xatirinə qoruyub saxlamağa səsləyir.

XS
SM
MD
LG