Accessibility links

Pənah Hüseyn: Dünya bazarında qiymətlər düşür, Azərbaycanda isə qalxır


Pənah Hüseyn: Dünya bazarında qiymətlər düşür, Azərbaycanda isə qalxır

Pənah Hüseyn: Dünya bazarında qiymətlər düşür, Azərbaycanda isə qalxır

Azərbaycanda kölgə iqtisadiyyatı ümumi iqtisadiyyatın 60 faizi qədərdir

Azərbaycan iqtisadi məkanı anomaliyalı iqtisadi məkandır. Burada iqtisadi qaydalara əsaslanan proqnozlar vermək mümkün deyil. Bu barədə Azərbaycanın keçmiş baş naziri, Milli Məclisin deputatı Pənah Hüseyn “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib.

Onun fikrincə, Azərbaycanda neft beynəlxalq müqavilələr əsasında çıxarılır. “Bu sahədə hesabatlılıq var və xam neft hasilatı o qədər çoxdur ki, qeydiyyatsız iqtisadiyyatı neft amili ilə hesablamaq mümkün deyil. Neft amili nəzərə alınmadan isə kölgə iqtisadiyyatı ümumi iqtisadiyyatın 60 faizini təşkil edir”.

Cənab Hüseynin fikrincə, dünya iqtisadiyyatlında böhranın baş verməsi Azərbaycanda kölgə iqtisadiyyatının strukturunda ciddi dəyişiklik yaradıb. “Belə ki, iqtisadiyyatda vergi və sosial müdafiə fondu amili yüksəlib. Bu isə kölgə iqtisadiyyatının nisbətən azalmasına səbəb olub. Digər amil, kölgə iqtisadiyyatının təmərgüzləşməsidir. Kölgə iqtisadiyyatı artıq məmur - oliqarxların əlində cəmləşib və bu sahədə biznes adamlarının sayı kəskin azalıb”.

Keçmiş baş nazir Azərbaycan iqtisadiyyatını sistemli korrupsiya cəmiyyəti kimi xarakterizə edir. “Ölkədə milli gəlir korrupsiya mexanizmləri ilə paylanır. 2004 - 2005-ci ildən başlayaraq böyük həcmdə neft pulları daxil olmaqdadır və pullar korrupsiya mexanizmi ilə bölüşdürülür. Bu isə əhalinin iqtisadi durumunun inkişafına müsbət təsir etdi".

Onun hesablamalarına görə, 2008-ci ildə dünya iqtisadiyyatında böhran başlandıqdan sonra Azərbaycanda əks proseslər qeydə alınmaqdadır. “Proqnozlara görə, 2013-cü ildən həyat səviyyəsi kəskin aşağı düşməyə başlayacaq. Çünki Azərbaycanda dünyadan fərli daxili bazar var. Hər yerdə qiymətlər aşağı düşür, Azərbaycanda isə qiymətlər artmaqda davam edir. Bütün məhsulların, o cümlədən ərzaq məhsulları bahalaşmaqdadır. Artıq əhalinin həyat səviyyəsi də hiss ediləcək dərəcədə aşağı düşüb”.

Keçmiş baş nazir qiymətlərin qalxmaqda davam etməsini məmur-oloqarxların varlanma siyasətinin tərkib hissəsi olduğunu deyib. “Bu sonradan fəlakətlə nəticələnəcək və məmur – oliqarxların özünə qarşı çevriləcək. Karl Marksın ifadəsi ilə desək, mənfəət 500 faizə çatanda kapital hətta öz boğazını belə dar ağacına keçirir”, deyə o qeyd edib.

XS
SM
MD
LG