Accessibility links

Podesta Qrupu özünün Rusiyapərəst qurumlarla fəaliyyətini araşdıracaq


"Müasir Ukrayna naminə Avropa Mərkəzi" devrilmiş Yanukoviç rejiminin maraqlarını təmsil edib

Görkəmli Vaşinqton lobbi firması olan Podesta Qrupu özünün Rusiyapərəst ukraynalı siyasətçilərlə keçmiş təmaslarını araşdırmaq üçün təhqiqatçılar tutub. Podesta Qruöunun tmasda olduu qurum habelə.bir neçə gün əvvələ qədər Respublikaçı namizəd Donald Trampın seçki kampaniyası rəhbəri olmuş Pol Manafortu işə götürüb.

Biz bu vəziyyəti araşdırmaq üçün əlimizdən gələni edəcəyik.

Podesta Qrupu cümə günü Manafortu işə götürən və Ukrayna rejiminə bağlılığı olan Avropa qeyri-hökumət təşkilatı barədə təhqiqat aparmaq üçün hüquq şirkəti ilə sövdələşib. Hüquqşünaslar "Müasir Ukrayna naminə Avropa Mərkəzi" tərəfindən Podesta Qruöunun nə dərəcədə "azdırıldığını" araşdıracaqlar.

“Biz bu vəziyyəti araşdırmaq üçün əlimizdən gələni edəcəyik,” deyə Podesta Qrupu bildirib. Buraya qrupa qarşı hüquqi hərəkətlərin də daxil olduğunu bildiriblər.

Podesta Qrupu deyir ki, Müasir Ukrayna naminə Avropa Mərkəzi yazılı bəyanatda heç bir üzvünün xarici ölkə və ya təşkilat tərəfindən idarə olunmadığını və maliyyələşmədiyini bildirib. Podesta Qrupu Rusiyapərəst qurumun dəstəklədiyi mövqeni qanunvericilər qarşısında təşviq edib.

Pol Manafortun sabiq Ukrayna prezidenti Viktor Yanukoviçdən gizli ödənişlər alması haqda iddialar medianın diqqət mərkəzinə çıxdıqdan sonra manafort vəzifəsindən istefa verməli oldu.

Podesta Qrupu Azərbaycanın ABŞ-dakı səfirliyi ilə imzaladıdğı müqaviləyə əsasən Azərbaycan hakimiyyətinin Vaşinqtonda bəzi nüfuzlu şəxslərə çıxışına zəmanət verir. Həmin xidmətlərin qiyməti aylıq 50-75 min ABŞ dolları təşkil edib.

İlk dəfə deyil ki, Podesta Qrupu repressiv rejimin maraqlarına lobbiçilik etməkdə günahlandırılır.
İlk dəfə deyil ki, Podesta Qrupu repressiv rejimin maraqlarına lobbiçilik etməkdə günahlandırılır.

Prezident İlham Əliyevin Vaşinqtona mart səfərindən sonra Azərbaycan səfirliyi "əlavə xidmət"-ə görə Podesta Qrupla 70 min dollar həcmində yeni müqavilə imzalayıb.

Dövlət Departamentinin materiallarına görə, lobbiçilər 2016-cı il aprelin 6-dan iyulun sonunadək əlavə xidmətləri yerinə yetirməli idi.

Podesta Qrupun nümayəndələri xəbərləri şərh etməkdən imtina ediblər.

Podesta Qrupun rəhbərləri Toni və Con Podesta qardaşlarıdır. T. Podesta Hillari Klintonun prezident kampaniyasının iştirakçısı, C. Podesta isə prezident Barak Obamanın keçmiş müşaviri, Hillari Klintonun seçki kampaniyasının rəhbəridir.

XS
SM
MD
LG