Accessibility links

Dəm qazının qarşısını necə almaq olar? [Video]


Dəm qazlarının qarşısını necə almaq olar?
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Dünyanın bir çox yerində elektrik çatışmazlığına görə insanlar qaz və ya dizel generatorlarından istifadə etməyə məcbur olur. Lakin bunlardan istifadə səmərəli olsa da, müvafiq hava təmizləyiciləri olmadığı təqdirdə ölüm halları baş verir.

Birləşmiş Ştatların “Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi”nin hesablamalarına görə, hər il ABŞ-da azı 430 nəfər karbon-monoksid qazından zəhərlənərək ölür.

Bu rəngsiz və iyisiz qazdan bütün mühərriklərin işlənməsində istifadə edilir. Bu yaxınlarda Amerikanın Merelend ştatında 8 nəfərdən ibarət ailə yatarkən ölüb. İşıq pulunu verə bilmədikləri üçün elektrikin kəsildiyinə görə, onlar evi qaz generatoru ilə isitməli olublar və generatordan evə qaz sızıb.

“Toksik Maddələr və Xəstəliklərin Qeydiyyatı” təşkilatının direktoru Patrik Breysinin dediyinə görə, qaz zəhərinin əlamətlərini aşkar etmək çox çətindir. “Əgər bu sən yatarkən baş verirsə, sənin heç xəbərin olmur. Karbon-monoksid zəhərlənməsi çox hallarda insanlar yatarkən olur və ölümlə nəticələnir.”

Daşınan generatorlar daha təhlükəlidir, çünki onlardan evlərdə, qarajlarda, qayıqda, hətta çadırda belə istifadə oluna bilir. Patrik Breys deyir ki, qazdan zəhərlənmənin qarşısını almaq üçün daşınan generatorlardan düzgün istifadə qaydalarını bilmək vacibdir. “Birinci, onlardan qapalı yerlərdə istifadə etməmək gərəkdir. İkinci, biz insanlara evlərində az karbon-monoksidli isidicilərdən istifadəni təşviq etməliyik. Onlar dünyanın çox yerində var və onlar batareyalarla idarə olinur ki, karbon-monoksid qazının qarşısını almaqda yardım edir.”

Breys zəhərlənərək baş verən ölüm hallarının səbəbinin qaz detekrorları olduğunu deyir. Mütəxəssislər daşınan generatorların evdən 4-5 metr aralıda olmalı olduğunu deyirlər.

Alimlər isə deyirlər ki, uzun müddət daş kömürdən istifadə edilən sobalarda ventilyasiya düzgün yerləşdirilmədiyi halda evə dolan qaz insanlarda depressiyaya, çaşqınlığa və yaddaşın itməsinə səbəb olar bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG