Accessibility links

"Pokemon Go" mobil oyunu [Video]


Pokemon Go fenomeni artıq Şimali Amerika və Avropada çox yayılıb və çox tezliklə digər ölkələrə də yayıla bilər. Artırılmış reallıq Pokemon mobil oyunu Survey Monkey İntelligence sorğusu tərəfindən gündəlik istifadəçi sayına görə 2016-cı ilin ən böyük oyunu adlandırılıb.

Genişləndirilmiş real məkanda insanların fiziki məkanına digital elementlər daxil edilir. Bu, insaların daha asanlıqla prosesdən keçirə biləcəyi bir şeydir, amma eyni zamanda da çox təhlükəlidir, çünki indi artıq hər kəsə hər yerdə reklam göstərmək mümkün olacaq.

Onları tapmaq çox rahatdır, onlar hər yerdədir. Əslində, mobil tefon olan istənilən şəxsdən neçə ədəd pokemon tutduğunu soruşsan, cavabı buna bənzəyəcək:

“Mən 100-dən çox məxluq tutmuşam, ən çox sevdyim isə Pikaçudur.”

Pikaçu ən populyar Pokemonlardandır.

Oyunçular genişləndirilmiş real məkanda bu mobil oyun vasitəsilə müxtəlif obrazları tutub, təlim keçib, döyüşdürə bilər.

Oyunda dünyanın real xəritəsindən istifadə edilir və cizgi filminin personajları virtual məkandan fiziki reallığa gətirilir.

İstifadəçilər oyunun gözlənilməyən faydalarının olduğunu deyir.

“Oyunu oynarkən çoxlu gəzmək lazımdır, ona görə də sən gəzib bəlkə də daha öncə görmədiyin yerləri görürsən. Mən indi əslində bu həftə sonu dostumla birgə Santa Monikaya getməyi planlaşdırıram, çünki orada çox sayda xüsusi obrazların olduğunu eşitmişəm,” deyə bir istifadəçi bildirir.

Santa Monika Estakadasında bir çox insan Pokemonları tutmağa çalışır.

Pokemon Go

Pokemon Go

“Bu sahədə yeni insanlarla tanış olursan. Məsələn, mən onunla bu gün bir saat öncə tanış oldum.”

İnsanlar üçün bu oyunu oynamaq nə qədər əyləncəli olsa da, bəziləri oyunun yan təsirləri olduğunu deyir.

“Biz növbəti addımı səbirsizliklə gözləyirik, amma bunu etməmişdən

əvvəl həmişə hər şeyi hesablamaq olmur. Məncə, bu virtual və genişləndirilmiş real məkanın təqdim etdiyi digital imkanların gücü bəzən o dərəcədə dəfedilməz olur ki, bu oyunlar asılılıq yaradır və insanların adi vaxtlarda etməyəcəkləri hərəkətləri etməsinə səbəb olur.”

Todd Riçmond və onun komandası virtual və genişləndirilmiş real məkanın təqdim edilməsindən hələ illər əvvəl bunun üzərində araşdırma aparıb. O deyir ki, bu reallığın ilkin çağlardan insan həyatının hər aspektinə təsiri olacaq.

Pokemon Go

Pokemon Go

“Genişləndirilmiş real məkanda insanların fiziki məkanına digital elementlər daxil edilir. Bu, insaların daha asanlıqla prosesdən keçirə biləcəyi bir şeydir, amma eyni zamanda da çox təhlükəlidir, çünki indi artıq hər kəsə hər yerdə reklam göstərmək mümkün olacaq.”

Riçmond genişləndirilmiş real məkanın həyatı zənginləşdirə biləcəyini desə də, xəbərdarlıq edir ki, hər hansı yeni texnologiya həddindən artıq istismar edilməməlidir.

XS
SM
MD
LG