Accessibility links

Mitt Romni konqresmen Pol Rayanı vitse-prezidentliyə namizəd göstərib


ABŞ prezidentliyinə respublikaçı namizəd Mitt Romni Viskonsin ştatından konqresmen Pol Rayanı vitse-prezidentliyə namizəd göstərib.

Romni bu bəyanatı 4 günlük avtobus turnesinin dayanacağı Viskonsində verib. Beləliklə o, vitse-prezidentinin kim olacağına dair şaiyələrə son qoymuş olur.

Şaiyələr Romninin Florida senator Marko Rubio, Ohayo senatoru Rob Portman, Nyu Jersi qubernatoru Kris Kristi, Virciniya qubernatoru Bob Madonnel və Minnisotanın sabiq qubernatoru Tim Poulenti ətrafında dolanırdı.

Pol Rayan hazırda Nümayəndələr Platasının Büdcə Komitəsinə rəhbərlik edir.

Noyabr ayında keçiriləcək prezident seçkilərində Mitt Romni ikinci dövr prezidentlik uğörunda mübarizə aparan Barak Obama ilə yarışacaq.
XS
SM
MD
LG