Accessibility links


Beatles qrupunun əfsanəvi musiqiçisi Pol Makkartni Rusiya rəsmilərinə Pussy Riot qrupunun həbsdə cəza çəkən üzvləri Nadejda Tolokonnikovaya və Mariya Alyoxinaya dəstək ifadə edilən məktub göndərib.

“Mənim fikrimcə, azadlıqdan bundan sonra da məhrum edilməsi Mariyanın özünə və şübhəsiz ki, bütün dünyanın izlədiyi ümumi vəziyyətə mənfi təsir göstərəcək. Bu məsələ rus insanlarına (onların çoxu mənim dostlarımdır) xas olan ədalət ənənəsinə uyğun olaraq həll edilməlidir”-deyə məktubda yazılır.

Mariya Alyoxina

Mariya Alyoxina

​Pol Makkartni bundan əvvəl Pussy Riot qrupuna hökm irəli sürüldükdən əvvəl də onlara məktub ünvanlamışdır. Musiqiçi sivil dünyada insanların öz fikirlərini ifadə etmək hüququna malik olduqlarını və bunun bütün cəmiyyətlər üçün ən yaxşı bir yol olduğunu vurğulamışdı.

”Sizin güclü olduğunuza inanıram. Əminəm ki, mən və mənim kimi söz azadlığına inanan çox sayda insan sizə dəstək vermək və azad yaradıcılıq prinsipini dəstəkləmək üçün əlimizdən gələni edəcəyik”-deyə Pol Makkartni yazmışdı.

Mariya Alyoxina şərti azadlığa buraxılması haqda müraiətlə bağlı iclasda onun iştirakına icazə verilməməsinə etiraz edərək, mayın 22-də aclığa başlayıb.
XS
SM
MD
LG