Accessibility links

Polşa prezidenti və onun həyat yoldaşı Krakov şəhərində dəfn edildi

  • Nərminə Cəlalqızı

Dəfn edilməzdən əvvəl cənab Kraçinski və onun həyat yoldaşının cənazələri müqəddəs Məryəm məbədinə aparılıb

Polaşa prezidenti Lex Kaçinski və onun həyat yoldaşı Mariyanın cənazələri dəfn edilmək üçün hərbi təyyarə ilə paytaxt Varşavadan Krakova aparılıb. Aprelin 10-da Rusiyada təyyarə qəzası nəticəsində həlak olan prezident və birinci xanımın dəfn mərasiminin bu gün, ölkənin cənubundakı Krakov şəhərində təşkil edilmişdir. Dəfn edilməzdən əvvəl cənab Kraçinski və onun həyat yoldaşının cənazələri yas mərasiminin keçiriləcəyi müqəddəs Məryəm məbədinə, bundan sonra isə dəfn edilmək üçün Katoliklərin tarixi Babil kilsəsi yaxınlığındakı qəbristanlığa aparılıb. Dəfn mərasimi ölkədə bir həftə sürən matəm tədbirlərinin ardınca keçirilir. Dünən on minlərlə insan təyyarə qəzasında həlak olanların xatirəsini anmaq üçün Varşavanın mərkəzi meydanına toplaşmışlar.

Dəfn mərasimində iştirak etmək üçün bu gün müxtəlif ölkə liderlərinin Polşaya gələcəyi gözlənilirdi ki, onlardan çoxu İrlandiyada baş verən vulkan püskürməsi səbəbi ilə Avropanın bir çox ölkəsində təyyarə uşuçlarının dayandırılmasına görə mərasimdə iştirak edə bilməyəcəklər.

XS
SM
MD
LG