Accessibility links

Polşa prezidentinin ölümü ilə nəticələnən təyyarə qəzasına dair yeni hesabat açıqlanıb


Polşa prezidentinin ölümü ilə nəticələnən təyyarə qəzasına dair yeni hesabat açıqlanıb

Polşa prezidentinin ölümü ilə nəticələnən təyyarə qəzasına dair yeni hesabat açıqlanıb

Keçən il prezident Lex Kaçinski və 95 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasını araşdıran polşalı təhqiqatçılar aşkar ediblər ki, Rusiya hava yolları nəzarətçisi təyyarə pilotlarına yalnış istiqamət verib.

Bu gün açıqlanan hesabatda deyilir ki, Smolensk şəhəri yaxınlığında qəzaya uğramış təyyarəyə uçuş zolağında aydın işıq göstərilməyib.

Çoxdan gözlənilən qiymətləndirmə Polşanı da tənqid edir və deyilir ki, əsas pilot təcrübəsiz olub və o, rus dilində danışan yeganə ekipaj üzvü olub.

Bu il Rusiyanın açıqladığı hesabat hadisəyə görə bütün məsuliyyəti Polşa tərəfinin üzərinə qoyması iki ölkə arasında gərginliyi artırmışdı.

Rusiya təhqiqatçıları bildirmişdi ki, polşalı pilotlar sıx duman zamanı təyyarəni endirmək barədə siyası rəsmilərin təzyiqinə məruz qalıb. Ancaq Polşanın açıqladığı hesabatda deyilir ki, belə bir təzyiqin olması aşkar edilməyib.

XS
SM
MD
LG