Accessibility links

Polşada prezident seçkiləri iyunun 20-də keçiriləcək

  • Asgar Asgarov

Prezident seçkilərinin erkən keçirilməsi aprelin 10-da prezident Lex Kaçinskinin təyyarə qəzasında həlak olması ilə əlaqədardır.

Polşanın müvəqqəti prezidenti Bronislav Komorovski bildirir ki, prezident seçkiləri iyunun 20-də keçiriləcək. Cənab Komorovskinin sözçüsü bu gün elan edib ki, əgər lazım gəlsə ikinci tur prezident seçkiləri iyunun 4-də keçiriləcək. Prezident seçkilərinin erkən keçirilməsi aprelin 10-da prezident Lex Kaçinskinin təyyarə qəzasında həlak olması ilə əlaqədardır. Cədvələ əsasən seçkilər bu ilin axırında keçirilməli idi. İlkin ictimai rəy sorğusuna əsasən, Vətəndaş Platforması partiyasının namizədi cənab Komorovski rəqiblərindən artıq səs toplayacaq. Mərhum prezident Kaçinskinin qardaşı hələ prezidentlik uğrunda yarışda iştirak etmək haqda qərar qəbul etməyib.

XS
SM
MD
LG