Accessibility links

Polşada prezident seçkiləri keçirilir


Əsas mübarizə mərhum prezidentin qardaşı konservativ Yaroslav Kaçinski və mərkəzçi partiyanın lideri Bronislav Komorovski arasında gedir

Bu gün polşalılar mərhum prezident Lex Kaçinskinin xələfini seçmək üçün seçkilərdə səs verirlər. Cənab Kaçinski və Polşanın yüksək vəzifəli nümayəndə heyəti aprel ayının 10-da Rusiyanın qərbində təyyarə qəzası nəticəsində həlak olmuşdu. Bu gün keçirilən seçkilər əsas mübarizə mərhum prezidentin qardaşı konservativ Yaroslav Kaçinski və mərkəzçi partiyanın lideri Bronislav Komorovski arasında gedir. Seçkiöncəsi sorğular, Avropa Birliyi tərəfdarı Komorovskinin bir qədər irəlidə olduğunu göstərir. Ancaq analitiklərin fikrincə o, bu gün keçirilən seçkilərdə lazım olan 50 faizlik həddi aşa bilməyəcək. Belə olacağı təqdirdə iyulun 4-də ikinci raund prezident seçkiləri keçiriləcək. 30 milyon polşalının qeydiyyatdan keçdiyi seçkilərdə günorta saatlarınadək 23 faiz seçicinin səsvermədə iştirak etdiyi bildirilir.

XS
SM
MD
LG