Accessibility links

Polşada qatar qəzası 16 adamın həyatına son qoyub

  • Amerikanın səsi

Polşa rəsmiləri iki sərnişin qatarının toqquşması nəticəsində azı 16 adamın öldüyünü, 54 adamın isə yaralandığını xəbər verirlər.

Qəza yerindən qayıdan baş nazir Donald Task qəzanı Polşada son illərin “ən faciəvi qatar qəzası” adlandırıb.

Rəsmilər bildirirlər ki, qatarla əks istiqamətdə eyni dəmiryol xəttində bir-birinə tərəf hərəkət ediblər. Toqquşma Polşanın cənubundakı Şekoçinı regionunda baş verib. Rəsmilər qatarlardan birinin səhv xəttə düşməsinin səbəblərini araşdırırlar.

XS
SM
MD
LG