Accessibility links

Polşa parlamenti aborta qarşı qanun layihəsini rədd etdi


Polşada baş qaldıran kütləvi etirazlar aborta tamamilə qadağa qoyulmasını istəyən bəzi millət vəkillərinin mövqelərini dəyişməyə və təkliflərinin əksinə səs verməyə vadar edib.

Polşanın Parlament Komitəsi çərşənbə günü aborta qadağa qoyulmasına qarşı qanun layihəsinə qarşı səs verərək, parlamentin çoxluq təşkil edən sağ cinahina da eyni hərəkəti etməsinə dair xəbərdarlıq edib.

Aborta totla qadağa qoyulmayacaq.
Yaroslav Qovin, Elm və Ali Təhsil naziri

Bazar ertəsi etiraz əlaməti olaraq, on minlərlə qara geymiş qadın Polşa şəhərlərinin küçələrinə çıxıb.

Polşada artıq zorlama, insest, ananın və ya körpənin həyatına təhlükə halları istisna olmaqla, aborta qadağa var idi. Lakin təklif olunan qanun layihəsinə əsasən aborta bütün hallarda qadağa tətbiq edilir, əks halda həm qadın, həm də həkim 5 il müddətinə həbs cəzası ilə üzləşirdi.

Elm və ali təhsil naziri Yaroslav Qovin etiraz dalğasının onları "yenidən düşünməyə vadar etdiyini" söyləyərək əlavə edib ki, "aborta totla qadağa qoyulmayacaq."

Abort qadağasına qarşı etiraz dalğası təklif müəlliflərini geri çəkilməyə vadar etdi.
Abort qadağasına qarşı etiraz dalğası təklif müəlliflərini geri çəkilməyə vadar etdi.

Ölkənin nüfuzlu katolik kilsəsi ilin əvvəlində təşəbbüsə müsbət rəy vermişdi, hərçənd ki, arxyepiskoplar qadınların həbs olunmasına qarşı çıxırlar.

Abortun qadağan edilməsi haqda qanun layihəsi referendum üçün 450,000 imzanın toplanmasından sonra gündəmə gəldi. Halbuki, Polşanın 38 milyonluq əhalisinin əksər qismi belə bir qadağaya qarşı çıxır.

XS
SM
MD
LG