Accessibility links

Polşa prezidenti təyyarə qəzasında həlak olub


Polşa prezidenti Lex Kaçinskinin başçılığı ilə yüksək səviyyəli nümayəndə heyətini daşıyan Rusiya istehsalı Tupolev təyyarəsi Smolensk hava limanına yaxınlaşan zaman qəzaya uğramışdır

Polşa prezidenti Lex Kaçinski və ölkənin digər yüksək səviyyəli rəsmiləri prezidentin təyyaərəsinin Rusiyada qəzaya uğraması nəticəsində həlak olub.

Rusiya rəsmiləri bildirirlər ki, təyyarə Smolensk şəhərinin hava limanına yaxınlaşan zaman ağaclara dəyərək qəzaya uğramışdır. Təyyarə qatı duman şəraitində uçurdu. Rəsmilər təyyarədə olan bütün 96 sərnişinin həlak olduğunu bildiriblər.

Polşa prezidentinin başçılığı ilə yüksək səviyyəli nümayəndə heyətinə ölkənin mülki və hərbi rəsmiləri daxil idi. Polşa rəsmiləri prezident və onun həyat yoldaşı Mariyanın təyyarədə olduğunu təsdiq ediblər. Polşanın ordu qərargahlarının başçısı Françişek Qaqor, xarici işlər nazirinin müavini Andjey Kremer, mərkəzi bankı direktoru Slavomir Skrjipek və Polşanın bir sıra qanunvericiləri və başqa rəsmiləri sərnişinlər arasında idi.

Polşanın Baş naziri Donald Task təyyarə qəzasını faciə adlandırıb. Bu gün verdiyi mətbuat konfransı zamanı o, hökumətin ölkə üzrə matəm elan etdiyini elan edib. Donald Task deyib ki, hadisə qurbanlarının xatirəsini anmmaq üçün ölkədə iki dəqiqilik sükut elan ediləcək.

Varşavada minlərlə insan ölkə liderinə son ehtiramlarını bildirmək üçün prezident sarayına axışır.

Yüksək səviyyəli nümayəndə heyəti İkinci Dünya müharibəsi zamanı Smolensk şəhəri yaxınlığında Xatında sovet ordusu tərəfindən 22 000 polyak zabitin qətlə yetirilməsinin 70-ci ildönümünün qeyd edilməsi üçün Rusiyaya səfər edirdi.

Polşa prezidentini daşıyan Rusiya istehsalı olan Tupolev təyyarəsinin qəzaya uğramasının səbəbləri təhqiq edilir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG