Accessibility links

Luiziana sakinləri mübahisəli atışmadan sonra polisin istefasına çağırır


Luiziana ştatında polis zabitinin mağaza qarşısında bir nəfəri güllə ilə vurub öldürdüyü nümayiş etdirilən video görüntünün yayılmasından sonra ştatda nümayişlər baş qaldırıb.

Tibbi ekspertiza 37 yaşlı Alton Sterlinqin sinəsi və kürəyindən çox sayda güllə zədəsi aldığını təsdiqləyib.

Polis zabitləri mağaza qarşısında bir nəfərin disk satdığı və həmin şəxsi silahla təhdid etdiyi barədə anonym zəngdən sonra hadisə yerinə gediblər. Orada polis və Sterlinq arasında qısa mübahisə baş verib. Mağaza sahibi Əbdül Muflahi yerli mətbuata bildirib ki, zabitlərdən biri Sterlinqin qarşısını almağa cəhd edib. İkinci zabit isə dörd və ya altı dəfə ona atəş açıb.

Beş uşaq atası olan Sterlinq hadisə yerində keçinib.

Sterlinqin bacısı Minyon Çambers müxbirələrə bəzi polislərin qaradərili insanlarla fərqli rəftar etdiyinə inandığını deyib.

“Çox vaxt polislər, bəzi polislər belə bir iş törədərək bunun altından çıxacaqlarını düşünür. O belə güllələnərək öldürülməməli idi.”

Baton Ruj şəhərində nümayişçilər küçələrə çıxıb. Yerli mətbuatın verdiyi məlumata görə nümayişçilərin sayı 200-dən çox olub. Onlar əllərində `Qaradərililərin də həyatı mühümdür` və `əllər yuxarıdır, atəş açma` sözləri yazılmış plakatlar tutub və şüarlar səsləndirib.

Polis vəziyyətin nəzarətdən çıxmasına gətirib çıxaran faktlar barədə açıqlama verməyib. Onalr həm də şahid tərəfindən telefon vasitəsilə çəkilmiş videonun baş vermiş hadisəyə aid olduğunu da təsdiqləməyib. Zabitlərin hər ikisi inzibati məzuniyyətə göndərilib.

Hadisə qurbanının yerə uzadıldığı və ona atəş açıldığı nümayiş etdirilən video görüntülər mağaza sahibi Muflahinin ifadələrinə uyğundur. Videoda polis zabitinin “tərpənsən, Allaha and verirəm…” sözlərini dedikdən sonra atəş açdığı nümayiş etdirilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG