Accessibility links

Vaşinqtonda vəzifə borcunu yerinə yetirərkən həlak olan polislərin anım mərasimi keçirilir


Hüquq mühafizə orqanlarının əməkdaşları vəzifə borcunu yerinə yetirərkən həlak olan polis işçilərinin anım mərasimində iştirak etmək üçün bu gün Birləşmiş Ştatların paytaxtı Vaşinqtonda bir araya gəlib. Bu mərasim hər il keçirilən Milli Polis Həftəsinə təsadüf edib.

Builki anım mərasimi daha təsiredici olmalıdır, çünki vəzifə borcunu yerinə yetirərkən qətlə yetirilən polislərin sayı sürətlə artır. 2013-cü ildə Birləşmiş Ştatlarda iş başında 27 polis işçisi öldürülüb ki, bu, 1980-ci illərlə müqayisədə azdır. Lakin Federal Kəşfiyyat Bürosunun açıqladığı son hesabatında deyilir ki, keçən il hüquq-mühafizə orqanları əməkdaşları arasında ölənlərin sayı 51 olub.

Federal Kəşfiyyat Bürosu həmin 51 nəfərdən qırx altısının silahla vurularaq, dördünün avtomobillə, birinin isə döyülərək, öldürüldüyünü bildirir.

Milli Polis Təşkilatları Assosiasiyasının icraedici direktoru Bill Conson deyir ki, qətllərin 89 faizi 2013-2014-cü illərdə baş verib. “Polis işçiləri əsasən qəsdən, pusquya salınaraq və ya avtomobili yol qaydalarını pozanda saxlanan zaman öldürülüb” - deyə, Conson bildirib.

Cənab Conson iki hadisəni xüsusilə vurğulayıb. Bunlardan biri 2014-cü ildə heç bir təxribat və ya xəbərdarlıq olmadan baş verib. İyun ayında Los-Veqasda polis işçiləri Alin Bek və İqor Soldo pisseriyada Cerad və Amanda Miller adlı ər-arvad tərəfindən öldürülüb. Millerlər bunun hökumətə və polisə qarşı etiraz olduğunu və “inqilabın” başlandığını deyib.

Digəri isə keçən ilin dekabr ayında Nyu-York şəhərində baş verib. Polis zabitləri Vencian Li və Rafael Ramos İsmayıl Abdulla Brinsli tərəfindən qətlə yetirilib. Qatil polis avtomobilinə yaxınlaşıb və pəncərədən ikisini də güllə ilə vuraraq öldürüb. Brinsli bununla Ferqusonda polis tərəfindən öldürülən Maykl Braunun qisasını aldığını deyib.

Keçən ay Baltimor şəhərində Freddi Qrey adlı qaradərili həbs edildikdən bir həftə sonra boynundan xəsarət aldığına görə vəfat edib. Onun ölümü şəhərdə kütləvi etirazlara, polislə qarşıdurmalara səbəb olub. Qreyin ölümündə günahkar bilinən 6 polis əməkdaşına qarşı cinayət işi açılıb.

Milli Polis Həftəsində Federal Kəşfiyyat Bürosunun direktoru Ceyms Korninin çıxışı Onlin vasitəsi ilə nümayiş etdirilib. O, bir çox polis idarələri ilə icmalar arasında gərginliyin hökm sürdüyünü deyib və hüquq mühafizə əməkdaşlarına xidmətlərinə görə təşəkkür edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG