Accessibility links

ABŞ-da Milli Qvardiya Ferquson şəhərinə yeridilib


Birləşmiş Ştatların mərkəzi ştatının qubernatoru silahsız qaradərili yeniyetmə ağdərili polis tərəfindən güllələnərək öldürüldükdən sonra bir həftə davam edən iğtişaşları yatırmaq məqsədilə Milli Qvardiyanın Ferquson şəhərinə yeridilməsi barədə əmr verib.

Bazar günü axşam saatlarında Missuri ştat polisi onlara qarşı yeriyən kütləni dağıtmaq məqsədilə gözyaşardıcı qazdan istifadə edib.

Polis deyib ki, bəzi nümayişçilər polisə molotov kokteylləri və güllə atıb. Şəhərdə soyğunçuluq və vandalizm halları vüsət alıb.

Atışmada azı iki nümayişçi yaralanıb. Polisə açılan atəş nəticəsində xəsarət alan olmayıb.

Polis zorakılığı “qəsdən törədilmiş cinayət aktı adlandırıb” və əmlaka ziyan virmaq, insanlara xəsarət yetirmək və ixtişaş yaratmaq məqsədi daşıdığını bildirib.

Bir neçə iğtişaşçının həbs edildiyi deyilir.

Nümayişçilər polis gözyaşardıcı qazdan istifadə etməyənədək hər hansısa zorakılığın törədildiyini inkar edir.

Zorakılıq halları ötən gecə komendant saatı başlanmazdan bir neçə saat əvvəl baş verib.

XS
SM
MD
LG