Accessibility links

Əfqanıstan rəsmiləri bildirir ki, Talibanla əlaqəsi olduğu güman edilər polis nəfəri çərşənbə günü mərkəzi Uruzan əyalətində digər 10 polis işçisini öldürüb.

Hadisə Çinarto vilayətinin mühafizə postunda baş verib. Vilayət qubernatorunun sözçüsü polis zabitinin iş yoldaşlarını öldürmədən öncə onlara narkotik maddə verdiyini deyir.

O həmçinin bildirir ki, hadisəni törədən əfqan polis nəfəri bir maşını, silahlar və öldürülən zabitlərə aid təchizatlarla birgə itkindir.

Lakin Taliban sözçüsü Qari Yusif Əhməd yaydığı bəyanatda hadisəni fərqli bir şəkildə təsvir edib. Onun bildirdiyə görə, yaraqlılar mühafizə postuna hucum edərək oradakı bütün polis nəfərlərini öldürüb.

Talibanın iddialarını müstəqil şəkildə təsdiq etmək mümkün olmayıb.

O

XS
SM
MD
LG