Accessibility links

Nəzarətin yeni üsulu-İctimai polis [Video]


Mussuri ştatının Ferqusen şəhərində ağ polisin qaradərili gənci güllə ilə öldürməsi ilə genişmiqyaslı etiraz aksiyaları ilə yanaşı, polislə bəzi icmalar arasında düşmənçilik yaranıb. Kaliforniyanın Long Biç polis idarəsi də daxil edilməklə, bir çox polis idarəsi ictimai polislik adlanan yeni texnikadan istifadə edir. Bu, cinayətkarlıqla mübarizə məqsədi güdsə də, münasibətlərin normallaşdırılması mahiyyəti də daşıyır.

İllərdir Long Biç şəhəri qansterlərin zorakılıqları, yoxsulluq və irqi ayrı-seçkiliklə mübarizə aparır.

22 yaşlı şəhər sakini Ceykob Serenananın dediyinə görə, o özü bu problemlərlə üzləşib. “Onlar həmişə mənə sataşır. Polisə soruşanda ki, bunun səbəbi nədir? Onlar mənə təsvirlərə uyğun gəldiyimi deyir.”

İctimai fəal Darik Simpson gənclərlə polis zabitləri arasında əlaqələrin yaxşılaşdırılması üçün görüşlər təşkil edir.

Onun dediyinə görə, şəhər sakinlərinin 30 faizini təşkil edən 17 yaşlı gənclər yoxsuldur. Bundan əlavə münaqişələrə yol açan irqi fərqlər də var. “Fərqlər bəzi anlaşılmazlıqlara səbəb olur. İnsanlar öz mədəniyyətləri, tarixlərini iş yerləri, məktəblərə gətirir və fərqli sosial ssenarilər yaradır.”

Simpson deyir ki, irqi fərqlərin yaratdığı münaqişələri aradan qaldırmaq mümkündür.

Ötən il bu şəhərdə cinayətkarlığın səviyyəsi son 40 ildə ən aşağı səviyyəsinə enib. Bu il də göstəricilər aşağıdır.

Don Rodriuez şəhər gəncləri ilə iş aparır. Onun dediyinə görə, indi polis icmalara daha çox qarışır .“Bir çox icmaların üzvü polislə çalışır, polisin icmalar haqda daha yaxşı təsəvvür əldə etməsinə yardım edir.”

Long Bicin polis idarəsinin rəisi Cim Makdonnel deyir ki, illər öncə polis problemlər haqda icmaları məlumatlandırır, onlara nə etməli olduqlarını deyirdisə, indi vəziyyət dəiyşib. Adi vətəndaşlar, icmaların liderləri dərin kök salmış problemlərin həllində yaxından iştirak edir.“Biz bir komanda yaratmışıq. Əvvəlcədən yaranan problemlərin səbəbinin irqi və ya digər problemlərə yol açdığını görürük.”

Lakin uğurlu tərəfdaşlıq bir daha heç bir münaqişənin yaşanmayacağı demək deyil. “Problemlər hər zaman mövcuddur. Münaqişələrin daim potensialı mövcuddur. Əsas məsələ onların harada və nə zaman yarandığında deyil, bizim onları necə həll etməyimizdədir.”

McDonnell deyir ki, gənclərə əl uzadıb, onlarla yaxınlıq qurulmalıdır. Bu, polis haqda yaranan səhv təsəvvürü ortadan qaldıra bilər.

XS
SM
MD
LG