Accessibility links

Türkiyə polisi keçən ay Baş nazir Recep Tayyib Ərdoğa qarşı etirazlar zamanı iğtişaşların mərkəzində olan Gezi parkına daxil olmağa çalışan on minlərlə nümayişçiyə qarşı gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib.

Nümayişçilər ətraf küçələrə qaçaraq, Taksim meydanının bir neçə metrliyində yerləşən İstiqlal caddəsində yenidən qruplaşmağa başlayıb.

Nümayişçilər və həftələrlə sürən etirazlara görə işi dayanmış narazı ticarətçilərlə də toqquşma olub.

Şənbə günü nümayiş memarlar və mühəndislərin etirazlarda iştirak edən assosiasiyasının şəhər planlaşdırma layihələrinin təsdiqi səlahiyyətlərindən məhrum edilməsi haqda hökumətin dəstəklədiyi qanun layihəsinə etirazın olaraq başlamışdı.

Parlamentin bu həftə təsdiq etdiyi qanun layihəsi assosiasiya və müxalifət üzvləri tərifindən hökumətin qisası kimi qiymətləndirilir.

Assosiasiyanın memarları İstanbulun Gezi parkının inkişaf planı ilə bağlı məhkəməyə müraciət edib.

Keçən ay İstanbulun Taksim meydanı yaxınlığındakı Gezi parkının sökülməsinə etiraz olaraq başlayan nümayişlər avtoritar idarə tərzini gücləndirmək günahlandırılıan Baş nazir Rəcəp Tayyib Ərdoğan əleyhinə Türkiyəni bürümüş etiraz dalğasına çevrildi.

Ölkə boyu polislə toqquşmalar zamanı beş nəfər həyatını itirmiş, minlərlə adam yaralanmışdır.

Türkiyə məhkəməsi Gezi parkının inkişaf planını ləğv edilməsi barədə qərar verib.
XS
SM
MD
LG