Accessibility links

Polis əməkdaşı qətlə yetirib


Polis əməkdaşını qətlə yetirib

Polis əməkdaşını qətlə yetirib

Polis əməkdaşı tamahkarlıq məqsədilə qətlə yetirilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin aprelin 20-də yaydığı məlumatda deyilir.

Məlumata görə iki gün öncə İmişli rayon Polis Şöbəsinin (RPŞ) polisi Muxtar Kazımzadənin Xəzər dənizinin sahilində meyiti tapılıb.

Prokurorluq bildirir ki, Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində tapılan yanmış cəsədin üzərində zorakılıq əlamətləri olub.

İstintaq iddia edir ki, Muxtar Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli RPŞ-də sürücü işləyən Ravil İbayev tərəfindən tamah niyyəti ilə qətlə yetirilib.

"Sonuncu cinayətin izini itirmək məqsədilə onun meyitini Xəzər rayonu ərazisinə apararaq yandırıb", -deyə məlumatda bildirilir.

Prokurorluq bəyan edir ki, Ravil İbayev aprelin 18-də şübhəli şəxs qismində tutulub və dindirilərkən törətdiyi cinayəti boynuna alıb.

Cinayətin törədilməsində digər şəxslərin iştirakının olub-olmamasını müəyyən etmək üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qətllə bağlı istintaq Xəzər rayon Prokurorluğunda aparılır.

XS
SM
MD
LG