Accessibility links

Polis Rio de Janeyro küçələrini narko-bandalardan təmizləyir


Polis Rio de Janeyro küçələrini narko-bandalardan təmizləyir
Polis Rio de Janeyro küçələrini narko-bandalardan təmizləyir

Rio de Janeyroda polislər və əsgərlər şəhərin yoxsul məhəllələrini narkotik qaçaqmalçılardan təmizləmək üçün əməliyyata başlayıblar. 2000-dən çox polis və hərbi personel helikopterlərin müşayiəti ilə səhər tezdən Alemao məhəlləsinə daxil olub. Televiziya kadrları uzun müddət ərazidə ağalıq etmiş narko-banda üzvləri ilə təhlükəsizlik qüvvələri arsında baş verən atışmanı göstərib. Hüquq-mühafizə orqanları qaçaqmalçıların təslim olması üçün bir sıra küçələr müəyyən ediblər ki, cinayətkarlar əllərindəki silahı başlarının üzərində tutmaqla məntəqələrə gəlib özlərini təhvil verə bilərlər. Braziliya rəsmiləri 2014-cü il futbol üzrə dünya kuboku uğrunda yarışlar və 2016-cı il Olimpiya Oyunları ərəfəsində şəhəri sakitləşdirməyə çalışır. Narko-bandalar kampaniyaya zorakılıqla cavab verərək polisə atəş açmış, yüzə yaxın maşın və avtobusu yandırmışlar. İndiyədək baş verən zorakılıqlarda azı 35 adam ölüb.

XS
SM
MD
LG