Accessibility links

Türkiyə polisi İstanbulun Taksim meydanında çıxmağa başlayıb. Meydan iki gündür ərazidə tikinti layihəsinin heyata keçirilməsi səbəbilə etiraz edən nümayişçilərlə polis arasında qarşıdurmaya səhnə olub.

Şahidlər deyir ki, polisin ərazini tərk etməsi ilə minlərlə nümayişçi Taksim meydanına axışıb.

Polisin meydandan çıxması Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın Taksim layihəsinin həyata keçiriləcəyini söz verməsindən və nümayişçiləri etiraza son qoymağa çağırmasından sonra baş tutub. O həmçinin nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edənlərin barədə araşdırma aparılacağını bildirib.
XS
SM
MD
LG