Accessibility links

Polis London hücumçusunun adını açıqladı


London polisi çərşənbə günü Britaniya parlamentində hücum tərədən şəxsin kimliyini müəyyən edib.

52 yaşlı Xalid Məsudun Britaniyada doğulduğu deyilir. Sonuncu dəfə 2003-cü ildə soyuq silah gəzdirmək üstündə həbs olunmuş Məsud dəfələrlə məhkum edilib.

Lakin Məsud terrorizm itihamları ilə məhkum olunmayıb.

Sonuncu dəfə 2003-cü ildə soyuq silah gəzdirmək üstündə həbs olunmuş Xalid Məsud dəfələrlə məhkum edilib.

Sonradan İslam dinini qəbul etmiş Məsud ingilis dili müəllimi və kulturist olub.

O, başqa Avropa şəhərlərində hücum törətmiş islamçılardan daha yaşlıdır.

Baş nazir Tereza Mey Parlament qarşısındakı çıxışda hücumçunun bir vaxtlar “zorakı ekstremizmlə” bağlı MI-5 kəşfiyyat xidməti tərəfindən araşdırıldığını söyləyib. Lakin onun sözlərinə görə, bu şəxs mövcud kəşfiyyat data bazasında yer almayıb və onun planları ilə bağlı heç bir məlumat olmayıb.

Britaniya baş naziri Tereza Mey
Britaniya baş naziri Tereza Mey

Britaniya polisi cümə axşamı Londonda Britaniya Parlamenti binasının yaxınlığında baş verən hücumla əlaqədar olaraq səkkiz nəfərin həbs olunduğunu bildirir. Hücum zamanı hücumçu da daxil olmaqla beş nəfər ölüb.

İslam Dövləti qrupu hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

İŞİD-in vebsaytında yerləşdirilən bəyanatda "hücumçunun İslam Dövlətinin əsgəri" olduğu bildirilir. Lakin qrup hücumun planlaşdırılması və ya həyata keçirilməsinə yardım edib-etmədiyini qeyd etməyib və hücumçunun terror qrupunun ABŞ-ın başçılıq etdiyi koalisiyanın müttəfiq ölkələrində mülki vətəndaşlara və orduya qarşı hücum etmək çağırışlarına cavab verdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG