Accessibility links

Türkiyədə 12 mindən artıq polis işindən kənarlaşdırılıb


Türkiyədə iyul ayı çevriliş cəhdində ittiham edilən Fətullah Gülənlə əlaqədə ittiham edilən 12 mindən artıq polis işçisi işindən kənarlaşdırılıb.

12 801 nəfər arasında 2 500 nəfəri polis rəisləridir.

Türkiyənin bu açıqlaması fövqəladə vəziyyətin daha 3 ay uzadılması bəyanatından sonra verilib.

Fövqəladə vəziyyət çevriliş cəhdindən dərhal sonra elan edilib. Vəziyyət Türkiyə hökumətinə kütləvi şəkildə hökumət işçilərinə qarşı basqıların artmasına imkan yaradıb.

Fətullah Gülen

Fətullah Gülen

Çevriliş cəhdindən sonra 100 min ordu, polis, ədliyyə və təhsil sistemi işçisi işlərindən kənarlaşdırılıb, 30 min insan nəzarət altına alınıb.

Konstitusiya Mərkəməsinin 2 üzvü daxil edilməklə, minlərlə hakim azadlıqdan məhrum edilib.

Ekspertlər bizneslər və özəl məktəblər şəbəkəsinə sahib olan Gülənin Türkiyədə yüz minlərlə tərəfdarı olduğunu deyir.

ABŞ-da yaşayan müsəlman ruhani Fətulla Gülən Hizmet (Xidmət) hərəkatına rəhbərlik edir.

XS
SM
MD
LG