Accessibility links

ABŞ-da polis zabitinə qarşı terrorçuluq ittihamı irəli sürülüb


Vaşinqton şəhərində tranzit polisi İŞİD-ə yardım göstərmək cəhdində təqsirli bilinərək həbs edilib. Bu ilk dəfədir ki, ABŞ-da polis zabitinə qarşı terrorçuluq ittihamı irəli sürülür.

Metro Tranzit Polis Departamentində 13 il çalışan veteran işçi Nikolas Yonq dünən həbs edilib və Virciniya ştatında federal məhkəmə qarşısına çıxarılıb.

O, 250 dollar dəyərində 22 hədiyyə kartının kodlarını Federal Təhqiqat Bürosunun məxfi agentinə verməkdə təqsirli bilinib.

FTB bildirib ki, Yonq onunla əlaqədə olan şəxsin İŞİD-ın sıralarına döyüşçü toplamaq üçün mobil mesaj hesabı olduğuna inanıb.

Yonqa 2010-cu ildən bəri FTB tərəfindən nəzarət edilirdi. Məhkəmə sənədlərində deyilir ki, o 2011-ci ildə bir neçə dəfə Liviyaya səfər edib və orada özünü ABŞ hərbisində xidmət edən, əslən Yaxın Şərqdən olan digər bir FTB agenti ilə görüşüb və ona İŞİD-a qoşulmaq məqsədi ilə xaricə səfər etmək istəyi olduğunu bildirib.

Təqsirli bilinərsə onu 20 il həbs cəzası gözləyir.

Metro tranzit polisinin sözçüsü Dan Stressel deyib ki, Yonq həbs edildikdən dərhal sonra vəzifəsindən azad edilib. Rəsmilər bildirib ki, onun qanunsuz fəaliyyəti heç zaman Metro tranzit sisteminə təhlükə yaratmayıb.

XS
SM
MD
LG