Accessibility links

Müsavat Partiyası Goranboy rayon təşkilatının sədri 200 manat cərimə edilib (yenilənib)


Musavat Partiyasi

Musavat Partiyasi

Y.Namazoğlunun çağırdığı taksi sürücüsü isə 3 sutka həbs edilib

Xocalı rayon Məhkəməsi Müsavat Partiyası Goranboy rayon təşkilatının sədri Yusif Namazoğlu və onun yüküna aparmaq üçün çağırdığı ikinci taksu sürücüsü Samir Mustafayev barəsində qəribə qərarlar qəbul edib.

Belə ki, indiki anlarda məhkəmənin qərarı ilə Yusif Namazoğlu 200 manat cərimələnib, onun yükünü polisin saxladığı taksidən özünün taksi kimi istifadə etdiyi avtomobilə boşaltmaq istəyən Samir Mustafayev isə 3 sutka inzibati həbsə məkum edilib.

Y.Namazoğlu Amerikanın Səsinə bildirib ki, məhkəməyə etiraz edib. "Mənim heç bir günahım yox idi. Əksinə mən döyülmüşəm. Taksi sürücüsünün isə ümumiyyətlə günahı yox idi. Qəribədir, Samir Mustafayevi çağırdım ki, mənim polisin saxladığı taksidəki əşyalaraımı taksi kimi istifadə etdiyi avtomobili ilə aparsın. Onu mənim oğlum bilib tutublar. Sonradan məlum olanda ki, o mənim oğlum deyil həbs veriblər. Hansı ki, Samir dəfələrlə xatırladıb ki, mənim oğlum deyil, ona əvvəlcə inanan olmayıb. Hər halda məhkəmə üçün gülməli və utancvericidir", deyə o qeyd edib.

***

Müsavat Partiyası Goranboy rayon təşkilatının sədri Yusif Namazoğlu Ağcakənddə Xocalı rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən saxlanıb.

O, hazırda polisdə izahat verir.

Namazoğlu Amerikanın Səsinə bildirib ki, həyat yoldaşı ilə birgə taksidə getdiyi zaman taksini yol polisi Rövşən Əkbərov saxlayıb.

“Polis taksi sürücüsünün sənədlərinin düzgün olmadığını bildirib və bizim polisə getməli olduğumuzu deyib. O, ağır söyüşlərlə bizi təhqir edirdi və mən avtomobilin salonunda qadın olduğunu onun diqqətinə çatdırdım. Xahiş etdim ki, söyüş söyməsin və sürücü bizim əşyaları mənzil başına aparıb sonra polisə gəlsin. Bu zaman Rövşən Əkbərov mənə hücum çəkdi. O, bizi vurduğu halda polisə və prokurorluğa guya bizim ona tabe olmadığımız barədə məlumat verdi. Sonra bizi yol polisinə apardı. Onun otağına daxil olan kimi dərhal masasının üzərindəki sənədləri dağıtdı, yaxasının düymələrini açdı ki, guya biz ona təzyiq etmişik. İndi sahə müvəkkilinin yanında izahat verirəm”, deyə o bildirib.

Y.Namazoğlu barələrində hansı tədbir görüləcəyindən xəbərsizdir.

“Hazırda izahat verirəm və barəmizdə hansı tədbir görüləcəyini bilmirəm”, deyə o telefonla bildirib.

Namazoğlu güman edir ki, onu məhkəməyə aparacaqlar.

Xocalı Polis Şöbəsinin növbətçi hissəsindən Amerikanın Səsinə bildiriblər ki, Namazoğlu polisə müqavimət göstərib və iş prokurorluğa göndəriolib.

Respublika Prokurorluğunun mətbuat xidmətində isə Amerikanın Səsinə baş verənlərlə bağlı rəsmi məlumatın olacağını bildirblər.

XS
SM
MD
LG