Accessibility links

Hüquq-mühafizə orqanları Azərbaycan paytaxtında xüsusi əməliyyat keçirib


Polis əməliyyat keçirib
Polis əməliyyat keçirib

Əməliyyat zamanı 30-a yaxın kriminal avtoritet saxlanılıb

Hüquq-mühafizə orqanlarının Bakıda keçirdiyi xüsusi əməliyyat başa çatıb.

APA-nın əldə etdiyi məlumata görə, əməliyyat zamanı kriminal aləmlə əlaqəsi olan 30-a yaxın avtoritet saxlanılıb. Onlar Qaraçuxur qəsəbəsində yerləşən “Yağmur” şadlıq evində toplantı keçirirmişlər. Saxlanılanların arasında Gürcüstan və Rusiyadan gəlmiş avtoritetlərin də olduğu bildirilir.

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində həyata keçirilən əməliyyat nəticəsində cinayətkar qrupun üzvləri zərərsizləşdirilib. Əməliyyat zamanı odlu silahdan istifadə olunub. Hazırda Qaraçuxur qəsəbəsində mərkəzi küçə polis nəzarətindədir, əraziyə heç kim buraxılmır.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləsələr də əlavə açıqlama verilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG