Accessibility links

Polis 23 kiloqramdan çox narkotik götürüb


Narkotik
Narkotik

<p>Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi Gəncə şəhər (Bakıdan 360 kilometr qərb) sakini Kamal Zeynalovu 300 qram marixuana satarkən tutub. Onun evinə baxış zamanı 12 kiloqram 550 qram marixuana aşkar edilərək götürülüb.</p> <p>Sabirabad rayon Polis Şöbəsi isə Çiçəkli kənd (Bakıdan 176 kilometr cənub-qərb) sakini Rza Qubadovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən ümumi çəkisi 267 kiloqram və evindən isə 10 kiloqram 325 qram marixuana, 1 ədəd əldə düzəltmə tüfəng, 26 ədəd müxtəlif çaplı patron, 22 ədəd giliz və 250 qram barıt&nbsp; aşkar edilərək götürüb. &nbsp;</p>

XS
SM
MD
LG