Accessibility links

Nümayişdə yüzlərlə gənc və ölmüş əsgər valideynləri iştirak edib

Martın 10-da Bakıda "Əsgər Ölümünə Son” şüarı altında aksiya keçirilib. Etiraz aksiyasına yüzlərlə vətəndaş qoşulub.İğtişaş polisi etirazçılara qarşı suvuran maşınlardan istifadə etməklə aksiyanı dağıdıb.

Aksiyadan öncə polis ərazini büsbütün nəzarət altına alıb.Sahil bağına post-patrul xidmətinin 6-dan çox avtobusu gətirilib.Həmin ərazidə yerləşən YAP-in mərkəzi qərargahı qarşısında suvuran və zirehlə əhatə olunmuş maşınlar, mobil telefon rabitəsini məhdudlaşdıran xüsusi aparatlar quraşdırılmış avtomobil və digər texniki vasitələr yerləşdirilib.

Nümayiş iştirakçıları müdafiə naziri Səfər Əbiyevin istefasına, orduda baş alıb-gedən zorakılıqlara qarşı şüarlar səsləndirdikdən sonra iğtişaş polisi onların üzərinə yeriyib. Suvuran maşın irəlilədikcə onu dəbilqəli və qalxanlı polislər müşayiət ediblər. Bir neçə dəqiqədən sonra polis nümayişçilərin müqavimətini qırıb və meydanı nəzarət altına alıb.

Toqquşmalar əsnasında Amerikanın Səsinin müxbirinin fotokamerası sındırılıb.

Aksiya zamanı çox sayda gənc həbs edilib. Azadlıq qəzetinin yaydığı ilkin siyahıya əsasən saxlanılanlar bunlardır:

AXCP
Əbülfəz Qurbanlı
Zərifə Məhyəddinova
Vüsal Bayramov
Elşən Ağayev
Babək Həsənov
Məhəmməd Məcidli
Nüçabə Atakişiyeva
Nihad Hüseyn
Türkel Əlisoy
Təzəxan Mirələmli
Bəyim Həsənli
Tofiq Dadaşov
Sabir Məmmədov
Çilənay Seyidi
Renat Nəcəfov
Teymur Kərimov
Zaur Məmmədov
Ramin Musayev

Başqa həbs edilənlər:
İntiqam Əliyev (vəkil)
Erkin Qədirli (REAL Hərəkatı)
Rauf Məmmədli (Müsavat)
Ayaz Xəlilzadə (Müsavat)
Ağababa Məmmədov (Müsavat)
Azər Sadıqov (Müsavat)
Şamil Beydulla (Müsavat)
Fərid (Müsavat)
Səbuhi Quliyev (VHP)
Türkan Əziz (VHP)
Sevinc Məmmədova (VHP)
Əlövsət Əliyev (VHP)
Osman Əhmədov (ADP)
Azər Sadıqov (ADP)
Turan Əliyev (ADP)
Orxan Babayev (ADP)
Hafiz Fərhadov (ADP)
Xəyal Kərimli (Azad Gənclik Təşkilatı)
Ruslan Əsəd ("Ol" Təşkilatı)
Ülkər Rzayeva
Anar Namazov
Tural Məmmədov
Xətai Qurbanlı
Turab Namazov
Dönməz Məmmədov
Savalan Əhədov
Almaz Yenisey

Show comments

XS
SM
MD
LG