Accessibility links

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ictimai-siyasi xadimlərə xəbərdarlıq edib


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi

Oktyabrın 14-də “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansının rəhbəri Oqtay Gülalıyevə və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quiyevə, AXCP sədrinin müavini Gözəl Bayramlıya və AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədliyə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi xəbərdarlıq edib. Bu barədə Amerikanın Səsinə onların özləri bildirib.

Onların hamısı bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yuxarıda adları sadalanan ictimai-siyasi xadimlərin hər birinə ayrılıqda facebook statuslarında, şərh və yazılarında dini eksremizmi dəstəkləmək, “Nardaran işi” ilə bağlı həbs edilənləri müdafiə etmək və dövlət quruluşu əleyhinə çağırış məqamları olduğunun narahatlıq doğurduğu bildirilib. Onlara belə status və yazılar yazmamaq tövsiyyə edilib.

“İdarədə mənə “Nardaran işi” ilə bağlı apardığım araşdırmaya, tənqidi facebook statuslarıma görə xəbərdarlıq etdilər. Bildirdilər ki, mənin facebook statuslarımı izləyirlər və Nardaranda dövlətə qarşı cinayət törədilib. Buna görə müvafiq addımlar atılıb və bundan sonra da atılacaq”, Gülalıyev qeyd qeyd edib.

“İdarədə ictimai-siyasi fəallığımı yumşaltmağı tələb etdilər. Dini inanclı insanları müdafiə etməyim narazılıqlarına səbəb olub. Mən dedim ki, hər bir insanın etiqad azadlığı var, bu qanunda əksini tapıb”, Eldəniz Quliyev qeyd edib.

E.Quliyev deyir ki, yazılarında hakimiyyətə qarşı sərt mövqe tutması da müzakirə edilib.

“Hətta bu yazılarda cinayət tərkibli ifadələr olduğu da bildirildi. Hələlik şifahi xəbərdarlıq etdilər, fikrimcə, bu profilaktik məqsədlıi söhbət idi, gələcəyi isə görərik”, o bildirib.

AXCP sədrinin müavini Gözəl Bayramlı xəbərdarlıqla bağlı deyib ki, “Nardaran işi”ndə, “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının hərəkətlərində dövlət quruluşu əleyhinə fəaliyyət yoxdur.

“Onların mənim yazılarımda dini ekstremizmə və dövlət quruluşu əleyhinə çağırış olması ilə bağlı xəbərdarlığı ilə razılaşmadım. Dedim ki, dövlət əleyhinə deyil, bu rejimin apardığı siyasətin əleyhinə mübarizə aparııram və bundan sonra da mübarizəmi davam etdirəcəm”, Bayramlı bildirib.

AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli də tənqidi facebook statusları və “Nardaran işi” ilə bağlı məhkəmədə iştirakı ilə bağlı xəvbərdarlıq edilib.

“Onlara dedim ki, mən dinc yolla mübarizəni dəstəkləyirəm və bundan sonra da dəstəkləyəcəm. Yazılarım və statuslarım isə analitik məzmun daşıyır, dini ekstremizmə və dövlət quruluşu əleyhinə çağırışlar yoxdur”, Məmmədli qeyd edib.

Məmmədli hesab edir ki, onların polisə dəvət edilməsində məqsəd heç də “Nardaran işi” ilə bağlı dərc edilmiş yazılar deyil.

“Hakimiyyət AXCP-nin guya dini eksremist qruplarla əlaqədə olması mifini yaratmaq istəyir”, o qeyd edib.

XS
SM
MD
LG