Accessibility links

Politoloq Qəzzafi tərəfdarlarının yeni terror dalğası yaradacağını istisna etmir


Politoloq Qəzzafi tərəfdarlarının yeni terror dalğası yaradacağını istisna etmir
Politoloq Qəzzafi tərəfdarlarının yeni terror dalğası yaradacağını istisna etmir

Qəzzafidən sonra Liviyada hakimiyyət uğrunda mübarizədə silahlı qarşıdurma ola bilər. Politoloq Qəzzafinin hakimiyyətdən uzaqlaşdıracağı günün yaxın olduğun deyib. Onun fikrincə, Qəzzafinin taleyi Səddam Hüseyndən yaxşı olmayacaq.

Azərbaycan Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov Amerikanın Səsi radiosuna müsahibəsində Liviyada Qəzzafi rejiminin artıq süquta uğradığını bildirib. “Qəzzafi könüllü istefaya getməyəcək. O sadəcə hakimiyyətdən uzaqlaşdırılacaq. Qəzzafi rejiminə tabe olan hərbi qüvvələrin qərb dövlətlərinin bombardumanlarına və ya raket zərbələrinə cavab vermək qüdrəti yoxdur. İraqda Səddam Hüseyn də, vaxtı ilə axıradək mübarizə aparacağını, ordusunun cavab zərbələri endirəcəyini bildirmişdi. Amma, Səddam ordusu nəinki cavab verdi, öz liderlərini belə qoruya bilmədi”, - deyə o qeyd edib.

Politoloq Liviyada Qəzzafidən sonrakı dövrün qaranlıq olduğunu düşünür. “İndiki anda Qəzzafi və onun tərəfdarlarının kimliyi bəllidir. Amma, Liviya müxalifətinin kimliyi, onların silahları haradan aldığı məlum deyil. Doğrudur, indiyədək Liviyada Qəzzafi hakimiyyəti tək idarə edirdi və o müxalifətinin formalaşmasına imkan verməmişdi. Bu səbəbdən də, Qəzzafinin çöküşündən sonra Liviyada hakimiyyət uğrunda mübarizədə yeni silahlı qarşıdurma reallığı qalır”.

Cənab Sadıqov eyni zamanda, Qəzzafinin çoxsaylı tərəfdarlarının mövcudluğunu da yada salıb. “Onun tərəfdarları arasında çoxsaylı varlı adamlar qalmaqdadır. Qəzzafi tərəfdarlarının Misirdə BMT baş katibinə hücum etməsi, yeni terror dalğası ehtimallarını da istisna etmir”.

XS
SM
MD
LG