Accessibility links

Politoloq Türkiyənin xarici siyasətindəki dəyişikliyi izah edir


Ömər Taşpinar
Ömər Taşpinar

Ömər Taşpinarın sözlərinə görə Türkiyə xarici siyasətində iki baxışın kəsişməsi müşahidə olunur. Bunlardan biri AKP-nin Neo-Osmanlı dünyagörüşünün məhsuludur ki, bu ideologiyanın memarı Əhməd Davudoğlu Türkiyəni Qərblə Şərq arasında körpü kimi görür. O biri tərəfdən Türkiyədə anti-Qərb meylləri güclənir. Bir çoxları ölkələrinin Avropa İttifaqına qəbul edilməməsinə acı hisslərlə baxır, başqaları isə ABŞ-ın İraqa hərbi müdaxiləsini Türkiyəyə qarşı qəsd kimi dəyərləndirir.

Brookings İnstitutunda ABŞ-ın Yaxın Şərq siyasəti mövzusunda keçirilən forumda qurumun Türkiyə üzrə eksperti Ömər Taşpinar rəsmi Ankara haqda Vaşinqtonda dolaşan fikirləri şərh edib. O, Türkiyənin regionda artan rolunu və buna müvafiq yeni siyasi xətt yürütdüyünü vurğulayıb.

Cənab Taşpinar hazırda siyasi dairələrdə Türkiyə barədə iki fərziyyələrin mövcud olduğunu söylədi. Bunlardan biri iddia edir ki, Türkiyədə İslamizasiya prosesi baş verir. İslam təmayüllü Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərlyi altında Rəcəb Təyyib Ərdoğan hökuməti Türkiyəni Qərbdən döndərərək üzünü Şərqə tərəf çevririr. Buna misal olaraq Türkiyə-İran münasibətlərində istiləşmə, Həmasla sıxlaşan təmaslar, və son həftələrdə İsraillə baş vermiş qarşıdurma misal gətirilir.

Başqa fərziyyə daha çox solçuların və Amerikanın Yaxın Şərqs siyasətinin tənqidçiləri arasında populyar olan dünyagörüşü əks etdirir. Bu baxışa əsasən ABŞ uzun müddət Yaxın Şərqdə yanlış siyasət yürüdüb və sürətlə dəyişən dinamikanı nəzərə almır. Belə ki, multipolyar dünyada Braziliya və Türkiyə kimi dövlətlər mühüm fiqurlara çevrilir. Bu isə ABŞ-dan müəyyən təvazökarlıq tələb edir.

Cənab Taşpinar öz baxışlarının bu iki fərziyyətinin ortaq nöqtəsini əks etdirdiyini söylədi. O, bildirdi ki, Türkiyədə iqtisadiyyatın sürətlə inkişaf etməsi özünəinamlı bir dövlətin təşəkkül tapmasına təkan verib: “Türkiyənin xarici siyasətində baş verənləri İslamizasiyanın nəticələri adlandırmaq məsələni həddən artıq sadələşdirmək və ya ümumiləşdirmək olardı. Türkiyənin regional qüdrət kimi meydana çıxması qənaətinə gəlmək daha realistik olardı. Mən hazırda Türkiyənin müstəqil xarakterini vurğulamaq istərdim, bu, getidkcə daha çox müstəqillik nümayiş etdirən dövlətdir,” deyə türk politoloq bildirdi.

Cənab Taşpinarın sözlərinə görə Türkiyə xarici siyasətində iki baxışın kəsişməsi müşahidə olunur. Bunlardan biri AKP-nin Neo-Osmanlı dünyagörüşünün məhsuludur ki, bu ideologiyanın memarı Əhməd Davudoğlu Türkiyəni Qərblə Şərq arasında körpü kimi görür. O biri tərəfdən Türkiyədə anti-Qərb meylləri güclənir. Bir çoxları ölkələrinin Avropa İttifaqına qəbul edilməməsinə acı hisslərlə baxır, başqaları isə ABŞ-ın İraqa hərbi müdaxiləsini Türkiyəyə qarşı qəsd kimi dəyərləndirir.

Belə bir halda Ömər Taşpinar Türkiyə ilə ABŞ arasındakı münasibətlərin strateji tərəfdaşlıqdan transaksional tərəfdaşlığa keçdiyini vurğladı. Bu əməkdaşlıq realpolitik əsaslara söykənən ikitərəfli münasibətlərin qurulmasını ehtiva edir ki, tərəflər bir-birlərinin maraqlarnı qarşılıqlı şəkildə ödəmək barədə öhdəlik götürürlər. Bu cəhətdən Taşpinar kürd separatçılığı və erməni soyqırımının tanınması kimi məsələləri münasibətlərdə potensial problem mənbəyi kimi gördüyünü söylədi.

İrana gəldikdə o, ABŞ-ın Türkiyə ilə əməkdaşlığı üçün meydan olduğunu bildirdi. O, ABŞ-ın sanksiyalar çərçivəsində deyil, strateji maraqlar çərçivəsində düşünməsini tövsiyə etdi:

Yaxın Şərq və İranın 2015-ci ildə, 5 il sonra necə görünəcəyini düşünmək lazımdır. Nüvə silahlı İranın mövcud olduğu və sülh prosesinin olmadığı bir məqamda Vaşinqton və Ankara bir-biri ilə necə əməkdaşlıq edəcəklər?”

Taşpinar əlavə etdi ki, bir çox türklər İranın rəsmi bəyanatlarına baxmayaraq onun atom bombası əldə etməyə can atdığına inanır. ABŞ başda olmaqla Qərb dövlətlərinin başlıca vəzifəsi isə Yaxın Şərqdə fəlakətin qarşısını almaq üçün İranı dayandırmaq yollarını tapmaqdan ibarətdir.

XS
SM
MD
LG