Accessibility links

ABŞ prezidentliyinə namızədlər kampaniyalarının finalına yaxınlaşır


Seçkilərə iki həftə qalmış prezident Barak Obama və onun Respublikaçı rəqibi Mitt Romni hələ də seçim edə bilməyən vətəndaşlara müraciət edib.

Dünən Florida ştatında Obama Romnini bazar ertəsi üçüncü və final debat görüşündə Osama bin Ladeni öldürmək üçün hazırlanmış plan da daxil olmaqla, mühüm məsələlərdə fikrini dəyişməkdə ittiham edib.

Nevada ştatının Las Veqas şəhərində tərəfdarları qarşısına vitse-prezidentliyə namizəd Paul Ryanla bərabər çıxan Mitt Romni deyib ki, prezident Obama amerikalıların dəstəyini itirdiyinə görə siyasi hücumlara üz tutub.

Hər iki kampaniya bazar ertəsi axşam keçirilən debat görüşündən qalib çıxdığını iddia edir. Lakin bəzi aparıcı rəy sorğuları sonuncu debatda prezident Barak Obamanın qalıb gəldiyini bildirir.
XS
SM
MD
LG