Accessibility links

Polşada parlament seçkiləri keçirilib


Polşanın mühafizəkar Hüquq və Ədalət Partiyası ilkin hesablamalara görə bazar günü keçirilən parlament seçkilərində qalib gəlib. Partiyanın seçki platformasına Avro valyutasının əleyhinə çıxışlar, yardım xərclərinin artırılması və Polşa ərazisindəki müsəlman miqrantların köçürülməsi vədləri daxil idi.

Ekzit-pol sabiq baş nazir Yaroslav Kazinskinin başçılıq etdiyi qalib partiyanın səslərin 39 faizini, hakim Avropapərəst Vətəndaş Platforması partiyasının isə 23 faizini topladığını göstərir.

Səslərin hesablanması davam edir, ancaq ekzit-polun göstərdiyi nəticə doğru olsa, Hüququ və Ədalət Partiyası 460 üzvlük parlamentin aşağı palatasının 242 yerinə sahib olacaq.

Səsvermə nəticələri açıqlanandan bir qədər sonra Vətəndaş Platforması Partiyasından baş nazir Eva Kopakz məğlubiyyətini elan edib.

Təhlilçilər deyir ki, səsvermə nəticələri Polşanın Macarıstan və Slovakiyaya qoşularaq suriyalı miqrantların yerləşdirilməsinə qarşı çıxacağını göstərir.

Hüquq və Ədalət Partiyasının kampaniya iştirakçıları müsəlman miqrantların Polşanın Roma-katolik dininə uyğun həyat tərzini təhlükəyə atacağını iddia edirdilər. Bundan əlavə isə bu ayın əvvəli Kazinski onların xəstəlik gətirə biləcəklərini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG