Accessibility links

Ukraynanın müdafiə naziri vəzifəsinə Stepan Poltorakı namizəd gəstərilib


Ukrayna prezidenti müdafiə naziri vəzifəsinə Ukraynanın Milli Qvardiyasının rəhbəri Stepan Poltorakı namizəd gəstərib.

Petro Poroşenkonun təklifi Valeri Heleteyin istefasından bir gün sonra irəli sürülüb. O, Poltorakı peşəkar və vətənpərvər insan adlandırıb.

İyul ayında müdafiə naziri vəzifəsinə təyin edilən Heletey Ukrayna qüvvələrinin İlovaiskdə məğlubiyyətə uğramasına görə tənqidlər altında idi.

Ukraynada parlament seçkiləri oktyabrın 26-da keçirilməlidir. Poroşenkonun siyasi blokunun seçkilərdə qələbə əldə edəcəyi təxmin edilir.

Ötən ay atəşkəs razılığı əldə edilməsinə baxmayaraq, Donetsk hava limanı uğrunda döyüşlər davam edir.

XS
SM
MD
LG