Accessibility links

Məşhurlar portretlərdə [Video]


Məşhurlar portretlərdə
please wait

No media source currently available

0:00 0:02:55 0:00

Siz məşhurları necə müəyyən edirsiniz? Sizcə yeni texnologiya və sosial normalar dəyişikliyə səbəb olacaqmı? Bu sualın cavabını Vaşinqtondakı “Milli Portret Qalereyası”nda qoyulan sərgidə tapmaq olar.

“Milli Portret Qalereyası”nda şəkil, plakat və rəsm əsərləri olmaqla, 21 min ədəd eksponat saxlanılır. Yeni, “Məşhurların baxışı” sərgisində isə bunların 53-ü nümayiş etdirilir. Burada mövzu məşhurlar olsa da, muzeyin kuratoru Doroti Mos deyir ki, bəlkə də onlar sizin nəzərdə tutduğunuz məşhurlar deyil.

“Biz məşhurları yalnız jurnallarda olduğu kimi deyil, əslində olduğu kimi görmək istəyirik. Bu sərgidə məşhurları başqa bir istiqamətdən görürük. Burada məşhurlara aid bəziləri tərəfindən tanınan, digərlərinin isə bilmədiyi şeyləri görmək olar.” deyə, muzeyin kuratoru Doroti Muss bildirir.

Poretretlərin qarşısında dayanarkən onların məşhurluğu haqda deyil, necə məşhur olduqları haqda sual meydana çıxır. “Bu, mediadan asılıdır. Biz sosial medianın məşhurların statuslarını necə dəyişdiyini görürük. İndi demək olar ki, hər kəs məşhur ola bilər. Biz bu sərgiyə gələnlərin buna tənqidi yanaşacaqlarına ümid edirik.”

Sərgidə yeni və ən çox tanınan İrlandiya rəssamı Kollin Davidsonun çəkdiyi aktyor Bred Pittin portretidir. Bred Pitt Devidsonun necə işlədiyini ilə maraqlandığı üçün onunla saatlarla vaxt keçirib. O biri otaqda isə insanların üzlərini daha az tanıdığı, lakin böyük nailiyyətlər əldə edən simaların portretlərini görmək olar. Məsələn, Google-in təsisçisinin, Vyetnam Memorialının duizayneri, heykəltəraş Maya linin portretləri.

Gənc caz musiqiçisi Esperanza Spaldinqin portreti isə kətan üzərində deyil, videoya çəkilib. O, yerdə uzanaraq. sevimli mahnısını dinləyir.

Doroti Muss: “Bu portretidə əsas məqam sənətkar Bo Qeringin öz qəhrəmanına musiqi seçmək imkanı yaratmasıdır”

Bəzi sənətkarlar isə məşhurlara daha tənqidi yanaşır. Miklin Tomasun özünəməxsus texnikası əsərlərini daşa həkk etməsidir. “Opra Vinfrieyin portreti əllə işlənmiş və parıltılıdır. Miklin Tomas onun füsunkarlığını tam şəkildə göstərmək istəyib. Bu, məşhurun məşhur tənqididir. Bu portret sifariş olunmayıb.”

Qarşıdakı divarda rəssam Deb Kassisə məxsus Merilin Monro və Elizabet Teylorun portretlərini görmək olar. Məşhur amerikalıların portretlərini nümayiş etdirməklə tanınan “Milli Portret Qalereryası”nın sərgisi şöhrətə daha geniş məna verir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG