Accessibility links

Roma Papası Filippində müsəlmanlarla görüşəcək


Filippində ilk dəfə səfərdə olan Roma Papasinın gündəliyinə ölkədəki müsəlman liderlərlə da görüşmək də daxildir. Parisdə baş verən terror hücumlarının bəzi islamçılarla dünyəviçilər arasında fikir ayrılıqlarına səbəb olduğu bir vaxt, Roma Papası sülhü dialoq yolu ilə bərpa etməyə çalışır.

Roman katoliklərindən ibarət Filippinin 100 milyonluq əhalisinin 10 faizini müsəlmanlar təşkil edir. Parmanan Hacul xristianların çoxluq təşkil etdiyi bu ölkədə müsəlman dindarlara qarşı təzyiqlərin olmadığını deyir. “Öz təcrübəmdən deyə bilərəm ki, mənim xristianlar və katoliklər arasında çox sayda dostum var. Biz çox mehriban dolanırıq.”

Hacul deyir ki, o və digər müsəlmanlar Papanı öz ölkələrində görməkdən çox məmnundurlar.

Filippində səfərdə olan Roma Papası müsəlman və buddaçı liderlərlə görüşür. Bu, burada yaşayan bir çox müsəlman üçün xoş niyyət əlamətidir. Mavi Məscidin baş imamı Ustad Abdulla Seyidi: “Əgər dünyanın dini icmalarının liderləri Papa ilə bir arada danışa billəsələr onda dünyadakı anlaşılmazlıqları aradan qaldırmaq olar.”

Dini məsələrlər üzrə bəzi müşahidəçilər dinlərarası dialoqun Filippinin Mindanao vilayətində hokumətlə islamçı separatçılar arasında on illər davam edən qarşıdurmanın səngiməsinə səbəb olduğunu deyirlər.

Culkipli Vadi Filippin Universitetində İslam Araşdırmaları fənnindən dərs deyir: “Mənim fikrimcə Roma Papasının sülhməramlı səfəri özünün bəhrəsini verəcək, köhnə səhifə bağlanacaq və yeni səhifə açılacaq.”

Fransanın satirik jurnalına edilən terror hücumu müsəlmanlarla söz azadlığı uğrunda mübarizə aparanlar arasında fikir ayrılıqlarına səbəb olub. Lakin çoxları Papanın bölgəyə səfərinin tərəflər arasında hörmətə əsaslanan dialoqa səbəb ola biləcəyini düşünür.

Mavi Məscidin imamı Roma Papasının səfərinin dinlərarası dialoqa yol açacağına ümid etdiyini deyir. “Din bizi əmin-amanlığa, anlaşmaya və rifaha aparmalıdır.”

O, müsəlman və xristianların bu dəyərləri paylaşdıqlarını deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG