Accessibility links

Vatikan Roma Papası Benediktin rəsmən istefaya getməsindən bir gün əvvəl fevralın 27-də Müqəddəs Pyotr meydanında sonuncu dəfə dua mərasimi keçirəcəyini bildirib.

Roma Papasının gözlənilmədən istefa verməsi dünyanın hər yerində böyük təəcublə qarşılanıb. Roma katolik kilsəsi yeni pontifin martın 31-də Pasxa bayramından öncə seçiləcəyini bildirib.

Kardinal Cozep Ratzunqer kimi tanınan alman əsilli Roma Papası yaşı ilə əlaqədar olaraq vəzifələrini icra edə bilmədiyinə görə istefaya gedəcəyini deyib.

Vatikan ilk dəfə olaraq bu gün 85 yaşlı Papanın ürəyində kardio stimulyatorun olduğunu etiraf edib.

Benedikt 1415-ci ildə Roma Papası Qriqorinin kilsənin idarə edilməsilə bağlı mübahisəli iddialara görə vəzifəsindən getməsindən sonra dünya katoliklərinin istefa verən ilk lideridir. Dünyada 1,2 milyard katolik xristian var.
XS
SM
MD
LG