Accessibility links

Ukrayna prezidenti ABŞ dövlət başçısı Barak Obama ilə müzakiərlər aparmaq və qanunvericilərlə görüşmək məqsədi ilə Vaşiqntona səfər edib.

Senyabrın 5-də atəşkəs elan edən Petro Poroşenko Amerikadan Vaşinqtonun 70 milyon dollarlıq yardımından əlavə hərbi yardım almağa çalışır.

ABŞ Konqresinin birgə sessiyasında çıxış edən Poroşenko ölkəsinin rusiyapərəst separatistlərlə mübarizəsini azadlıq mübarizəsi adlandırıb. O, Ukraynanın güclü və müasir orduya ehtiyacı olduğunu deyib.

Ukrayna prezidenti Vaşintondan Ukraynaya qeyri-NATO ölkələri ilə yüksək səviyyəli müdafiə əlaqələri qurması üçün xüsusi təhlükəsizlik statusu verilməsini istəyib.

Poroşenko Krım yarımadasının işğalını qəbul etməyəcəyini deyərək, Krımın Rusiya tərəfindən ilhaqını müasir tarixin ən sinik xəyanət əməli adlandırıb.

Obama administrasiyası hələ ki, Kiyev hökumətini silahlarla təmin etməyib. Bunun əksinə Vaşinqton Moskvanı iqtisadi sanksiyalarla cəzalandırmaq yolunu seçib.

Ukraynada döyüşlərində 3 mindən artıq insan həlak olub. Münaqişə Ukraynanın şərq regionunu iflic vəziyyətinə salıb.

Bu arada Human Rights Watch Amerikanı Ukraynada insan haqları pozuntularının dayandırılması üçün təzyiq gpöstərməyə çağırıb.

Təşkilat münaqişə tərəflərini mülki əhalinin qətlində və şəxsi mülkiyyətə ziyan vurulmasında gühanlandırır.

XS
SM
MD
LG