Accessibility links

Ukrayna prezidenti Petro Poroşenko minlərlə rus əsgəri və yüzlərlə Rusiya tankının Ukrayna torpağında hərbi əməliyyatlarda iştirak etdiyini deyərək, Avropa İttifaqından onun hökumətinə kömək etmək üçün daha güclü attımlar atmasını istəyib.

Cənab Poroşenko Brüsseldə Avropa İttifaqının liderlərinin Ukraynada hərbi əməliyyatların diqqət mərkəzində olduğu zirvə toplantısında danışıb. O deyib ki, Ukraynada böhranın həll edilməməsi separatçılar və hökumət arasında genişlənən münaqişənin Avropanın başqa yerlərinə də yayılması ilə nəticələnə bilər.

Avropa Komissiyasının başçısı Xose Manuel Barrozu Ukrayna böhranının dərinləşməsi ilə bağlı xəbərdarlıq edərək, Avropanın Rusiyaya qarşı yeni ölçülər götürməyə hazır olduğunu deyib, lakin Ukraynada böhranın siyasi həlli üçün qapıların hələ də açıq olduğunu vurğulayıb.

Britaniyanın Baş naziri Deyvid Kameron Ukrynada vəziyyəti tamamilə qəbulediləməz adlandıraraq, Avropanın tarixdən vəziyyətin nə qədər ağır olduğunu bildiyini deyib. Litva prezidenti Dalya Qrabauskayte Ukraynaya hərbi yardım göndərilməsini təklif edərək, Rusiyanın əslində Avropa ilə müharibə vəziyyətində olduğunu deyib.

Ukrayna cümə günü NATO-nun tam hüquqlu üzvü olmaq istədiyini elan edib.

XS
SM
MD
LG