Accessibility links

Ukraynada prezident seçkisinin ilkin nəticələri milyardçı Petro Poroşenkonun qələbə əldə etdiyini göstərir. Mərkəzi Seçki Komissiyasının məlimatında deyilir ki, cənab Poroşenko hesablanmış səslərin üçdə birinə əsasən 54 faizi səs toplayıb.

Petro Poroşenko bazar günü exiit poll-un ona verilən səslərin 56 faiz olduğunu göstərməsindən sonra qələbə əldə etdiyini elan edib. O, Rusiya rəsmiləri ilə danışıqlara hazır olduğunu bildirib. Sabiq baş nazir Yuliya Timoşenko isə 13 faiz səslə ikinci yerdədir.

Rusiya tərəfdarı separatçılar Ukraynanın şərqində seçkiləri pozacaqlarını və seçki məntəqələrinə girişləri bağlayacaqları ilə təhdid etmişdi. Separatçıların nəzarəti altında olan Donetsk şəhərində seçki məntəqələri bağlı olsa da, regionda 16 faiz səs toplandığı bildirilib.
XS
SM
MD
LG