Accessibility links

Ukrayna prezidenti Petro Poroşenko təzyiqlərlə üzləşir [Təhlil]


Ukrayna prezidenti Petro Poroşenko rusiyapərəst separatistlərlə mübarizə siyasəti və islahatların yubadılmasına görə həm daxildən, həm də xaricdən təzyiqlərlə üzləşib.

Ötən ay Ukraynanın parlament seçkiləri keçirməsinə baxmayaraq, siyasətçilər hələ də koalisiya hökumətini qura bilməyib. Tənqidlərə məruz qalan prezident Poroşenko yaxın zamanda hökumətin təşkil ediləcəyinə vəd verib.

Yubanma nazirlər kabinetindəki vəzifələrə görə baş verib. Vəziyyət ABŞ-ın vitse-prezidenti Co Bayden də daxil edilməklə, xarici liderlərin narahatlığına yol açıb. Bayden deyib ki, hökumət həftələr deyil, bir neçə gün ərzində qurulmalıdır.

Meydan nümayişçilərinin islahat tələbləri Yanukoviçi hakimiyyətdən salıb. Lakin fəallar tələblərinin hələ də qarşılanmadığından şikayətlənərək, islahatlar həyata keçirilməsə siyasi korrupsiyanın baş alıb gedəcəyi barədə xəbərdarlıq verir.

Yuriy Bereza Dnipro hərbi birləşməsinin komandiridir. Könüllü batalyonlar arasında olan bu birləşmə separatistlərə qarşı mübarizədə iştirak edir. Beraza yavaş gedən dəyişiklik prosesindən narahatdır.

“Prosesin niyə yavaş getdiyini başa düşə bilmirəm. Nəyə görə siyasətçilər Ukraynanı quraşdırıla bilinən oyuncaq zənn edir."

Gələcəyə planlar olmadan yaşayırıq. Nə baş verdiyini başa düşmədən yaşayırıq

O, Poroşenkonun qabiliyyətini sual altına alan tək insan deyil. Donetskdə bir zamanlar reklam agentliyi olan Aleksandr da belə düşünür. Şəhərin separatistlərin əlinə keçməsindən sonra ailəsi ilə qaçmağa məcbur olan Aleksandr gələcəyinin onu qorxutduğunu deyir. "Gələcəyə planlar olmadan yaşayırıq. Nə baş verdiyini başa düşmədən yaşayırıq. "

Yanukoviç hakimiyyətinin nəticələrini Ukraynanın şərqindəki vəziyyətə görə hətta hökumət təşkil edilsə belə həlli asan görünmür.

Könüllü döyüşçülər onlara tətbiq edilən məhdudiyyətlərdən yorulub. Onlar döyüşlərin başlanmasını istəyir.

Dnipro batalyonunun komandiri Bereza Donetskə hücum etməklə separatistlərin mövqelərinin ələ keçirilməsinin mümkünlüyünə inanır. Lakin Minsk atəşkəsi buna imkan vermir. O deyir ki, separatistlər atəşkəsin şərtlərini hər gün pozur.

Yeni hökumətin təşkili ukraynanlıları dəyişiklik ümidi ilə yaşadır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG