Accessibility links

Ukrayna prezidenti yanvar ayında Vladimir Putinlə görüşəcək


Ukrainian President Petro Poroshenko gestures during a press conference in Kyiv, Ukraine, Dec 29, 2014.

Ukrainian President Petro Poroshenko gestures during a press conference in Kyiv, Ukraine, Dec 29, 2014.

Ukrayna prezidenti Petro Poroşenkonun dediyinə görə, yanvar ayının 15-də o, Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandla görüşəcək.

Cənab Poroşenko Ukraynanın şərqindəki zorakılıqlar barədə müzakirələrə Birləşmiş Ştatlar prezidenti Barak Obamanın da qatılacağının mümkün olduğunu bildirib.

Ukrayna prezidenti ölkənin şərqindəki münaqişəyə danışıqlar yolu ilə son qoyulması ilə bağlı danışıqların Qazaxıstanın paytaxtı Astanada keçiriləcəyini deyib.

Ukrayna hökuməti qüvvələri ilə Rusiya tərəfdarı separatçılar arasında aprel ayında başlayan döyüşlərdən bəri 4700-dən çox insan ölüb.

Kiyev və qərb, hər ikisi ölkədə münaqişənin qızışdırılmasında Rusiyanı ittiham etsə də, Moskva bunu rədd edir.

XS
SM
MD
LG