Accessibility links

Poroşenko MH17-nin vurulmasını "terror hücumu" adlandırıb


Malayziya təyyarəsinin Ukrayna ərazisində vurulmasından bir il ötür

Ukrayna prezidenti Petro Poroşenko ötən il Malayziya Hava Yollarına məxsus MH17 təyyarəsinin vurulmasını “amansız terror hücumu” adlandırıb və ölümcül raket atəşinin Rusiyanın dəstəyi olmadan baş verə bilməyəcəyini iddia edib.

Bu gün açıqladığı bəyanatda cənab Poroşenko bildirib ki, Ukraynanın qurbanların xatirəsi qarşısında mənəvi borcu təyyarəni vuranların ədalət qarşısında cavab vermələrini təmin etməkdir. O deyib ki, qatillər cəzanın qaçılmaz olduğunu unutmamalıdırlar.

Bu gün təyyarənin vurulmasının ildönümündə həlak olan 298 sərnişini yad etmək məqsədilə insanlar Ukraynanın Hrabov kəndində hadisə yerinin yaxınlığında toplaşıblar.

Orada yerli üsyançı hökümət qurbanların xatirəsinə abidə ucaldıb. Cümə günü keçirilən mərasimdə abidənin açılışı baş tutub.

Təyyarənin vurulmasında Ukrayna Rusiyanı, rəsmi Moskva və qiyamçılar isə Ukrayna qüvvələrini təqsirləndirir.

XS
SM
MD
LG