Accessibility links

Ukrayna prezidenti Petro Poroşenko deyib ki, Ukrayna təkcə rusiyapərəst separatçılarla deyil, Rusiya ilə həqiqi müharibədədir.

BBC kanalına müsahibəsində cənab Poroşenko Rusiyanın hərbi hücuma hazırlaşdığını və Ukraynanın bu hücuma hazır olmalı olduğunu bildirib.

O deyib ki, Ukrayna Rusiyaya provokasiya üçün heç bir imkan verməməlidir.

Cənab Poroşenko deyib ki, şənbə günü Rusiyanın iki əsgərinin həbs edilməsi Rusiyanın Ukraynanın şərqindəki separatçı hərəkatı dəstəklədiyinə aydın sübutdur.

Çərşənbə axşamı NATO Baş katibi General Cens Stoltenberq Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ukraynanın şərqində münaqişəyə dair müzakirə aparıb.

Stoltenberq Rusiyanı Ukrayna sərhədi yaxınlığında hərbi təlimləri dayandırmağa çağırıb və deyib ki, Rusiya hərbi fəaliyyəti barədə daha çox şəffaflıq nümayiş etdirməlidir.

Sergey Lavrov görüşdən əvvəl NATO-nun narahatlıqlarını dinləyəcəyini bildirib.

Prezident Vladimir Putin və digər rəsmilər Rusiya əsgərlərinin Ukraynanın şərqində olmasını daim inkar edib və bildirib ki, orada döyüşdüyü ehtimal edilə bilən rusiyalı döyüşçülər könüllülərdir.

XS
SM
MD
LG